ANA SƏHİFƏ / HÜQUQ

YÜZ YAŞLI ƏDLİYYƏMİZ

2300    |   2018-11-08 11:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir danılmaz gerçəklik var, bud a ondan ibarətdir ki, Şərqin ilk müstəqil dövləti olan Azərbaycan özünün varlığını bəyan edən kimi, yəni 1918-ci ilin may ayının 28-də paralel olaraq dövlətin Ədliyyə Nazirliyinin də yaradıldığını elan etdi. Bu bir daha göstərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti bir dövlət olaraq həm də hüquqa, qanunlara söykənib. Özünün hüquqi dövlət olduğunu dünyaya çatdırıb. Təbii ki, yaşam ömrü qısa olmasına baxmayaraq, Xalq Cümhuriyyəti dövrünün Ədliyyə Nazirliyi çox fəal bir şəkildə ölkə həyatına daxil ola bildi.

Dövlətçilik tariximizdə unudulmaz xadimlərindən biri olan Xəlil bəy Xasməmmədov da ölkənin ilk ədliyyə naziri təyin edildi. Bu təcrübəli dövlət xadiminin rəhbərliyi altında 1918-ci ilin noyabr ayının 22-də Ədliyyə Nazirliyinin əsasnaməsi hazırlanıb təsdiq edildi. Bu gün də həmin tarix Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur. Və əsasnaməyə əsasən də ölkənin Ədliyyə Nazirliyinin funksiyaları, səlahiyyətləri, onun fəaliyyət dairəsi müəyyən oldu. Yəni qurumun konkret olaraq hansı işləri görəcəyi əsaslı şəkildə ortaya qoyuldu. Bu da onu göstərirdi ki, Xalq Cümhuriyyətinin rəhbərliyi qanunlara, qanunçuluğa, bütövlükdə ədliyyə sahəsinə xüsusi önəm verir və ona sayğı ilə yanaşır. Zaman baxımından ölkənin ilk Ədliyyə Nazirliyinin də ömrü qısa olmasına baxmayaraq, artıq bu qurumun bünövrəsi qoyulmuşdu. Onun labüdlüyü bir gerçəklik kimi ortaya çıxmışdı. Ona görə də cümhuriyyətinin süqutundan sonra da yaradılmış bütün qurumlarla bərabər ləğv edilən Ədliyyə Nazirliyi də yeni formatda təsdiqləndi. Yəni Sovet hökuməti öncə Xalq Ədliyyə Komissarlığını yaratdı və yaradılmış komissarlığa qanunvericilik layihələrinin işlənib hazırlanması, eləcə də təlimatların müəyyənləşdirilməsi, məhkəmə işçilərinin seçilməsi və həmin seçilmiş məhkəmə işçilərinə inzibati rəhbərlik etmək funksiyası verildi. Bununla yanaşı, Ədliyyə Nazirliyinə istintaqın aparılması və qanunçuluğa ali nəzarət də həvalə edildi. İlk baxışdan müəyyən müsbət çalarları özündə ifadə edən bu funksiyalar 1930-cu ildə ləğv edilərək bir neçə qurum arasında paylaşdırıldı. Yəni Xalq Ədliyyə Komissarlığı ləğv edildi və onun vəzifələri Prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi arasında bölüşdürüldü. Amma zaman göstərdi ki, bu "bölüşdürmə" də hələ tam şəkildə bir effektivlik ortaya qoymayıbdı. Ona görə də 1933-cü ildə ləğv edilmiş qurum, yəni Xalq Ədliyyə Komissarlığı bərpa olundu. Və bu dəfə Xalq Ədliyyə Komissarlığı qanunların şərhi, qanun layihələrinin və məhkəmə kadrlarının hazırlanması, eləcə də əhaliyə hüquqi yardımın göstərilməsi, pentensiar sistemin idarə olunması, həmçinin Ali Məhkəməyə, Prokurorluğa və vəkillərə rəhbərlik etmək səlahiyyəti verildi. Qəbul edilmiş bu format 1959-cu ilə qədər davam etdi. Doğrudur, 1937-ci ildə keçmiş SSRİ-də cərəyan edən hadisələrin fonunda Xalq Ədliyyə Komissarlığı əsasnaməsində müəyyən dəyişikliklər edildi. Onun səlahiyyətləri xeyli məhdudlaşdırıldı. Və məhz həmin il Komissarlığa əsas fəaliyyət sahəsi kimi məhkəmə və notariat orqanlarının işinin təşkili, eləcə də onlara rəhbərlik etmək funksiyası verildi.

Aparılan uğurlu-uğursuz dəyişikliklər, edilən əlavə və yeniləmələrin nəticəsində Ədliyyə Nazirliyi bir qurum olaraq öz mürəkkəb, həm də müəyyən mənada maraqlı bir tarixi yol keçdi. Ona görə də bu il 100 yaşı tamam olan ədliyyə sistemimizin arxada qalan bir əsrlik fəaliyyət dövrünü vərəqləyəndə bəzən ziddiyyətli, bəzən də heyrət və təəccüb doğuran məqamlarla da qarşılaşmalı oluruq. Onların da ən çox hissəsi məhz Sovet dövrünün 50-ci illərə qədər olan zamanını əhatə edir. Təbii ki, bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da həmin dövrün repressiyaları, ziddiyyətli idarəçilik institutu və sairə də ədliyyə sistemindən də yan keçməmiş, ona da öz təsirini göstərmişdi. Yalnız ötən əsrin 60-cı illərindən başlayaraq Azərbaycanın ədliyyə sistemi sahəsində sözün bütün mənalarında qanunçuluq, qanuna nəzarət, məhkəmə sisteminin müasirləşməsi və digər məsələlər özünün hüquqi baxımdan inkişafını büruzə verməyə başladı. Bütün bunların da əsas səbəbi Ulu Öndərimiz Heydər Əliyev cənablarının ölkə həyatının bütün sahələri kimi ədliyyə sisteminə də böyük diqqət ayırması olmuşdur. Tarixə müraciət edəndə məlum olur ki, 1959-cu ildə Ədliyyə Komissarlığı ləğv edilərək onun əsas funksiyaları AliMəhkəməyə və bir də Nazirlər Sovetinə verilmişdi. Yəni respublikanın Ali Məhkəməsi məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması kimi vacib sahəyə nəzarət edirdi. Nazirlər Soveti isə öz tərkibində hüquq komissiyası yaratmışdı ki, o da Xalq Ədliyyə Komissarlığına aid olan müəyyən sahələri idarə edirdi. Bu qarışıqlıq 1970-ci ilə kimi davam etdi. Yalnız Ümummilli Liderimiz 1970-ci ilin oktyabr ayının 27-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yaradılmasını rəsmi şəkildə reallaşdırdı. Yeni yaradılmış Ədliyyə Nazirliyi özü ilə birlikdə Azərbaycan ədliyyəsinin tarixinə yeni bir səhifə əlavə etdi. Bu yeni mərhələ özülü 1918-ci ilin may ayının 28-də elan edilmiş Ədliyyə Nazirliyinin müəyyən formatını, funksiyalarını özünə köçürə bildi.

Maraqlıdır ki, 1970-ci ilin oktyabrın ayının 27-də yaradılan Ədliyyə Nazirliyi Ali Məhkəmədən başqa bütün məhkəmə orqanlarına rəhbərliyi, əhaliyə hüquqi yardım göstərilməsi, notariat fəaliyyəti, məhkəmə ekspertizasının aparılması kimi zəruri funksiyaları özündə cəmlədi. Və bununla da 1972-ci ildə əsasnaməsi təsdiq edilən Ədliyyə Nazirliyi artıq ədliyyə sistemini tam şəkildə tənzimləyən çox mühüm normativ sənədləri qəbul etmiş oldu. Bu da ilk növbədə gələcək, yəni müstəqilliyini ikinci dəfə qazanan Azərbaycanın ədliyyə sistemi üçün bir zəmin oldu. Məhz həmin o yaradılmış sistemin bazasında Azərbaycan 23 ay ömrü olan Xalq Cümhuriyyətinin ideyalarını, proqramını gerçəkləşdirməyə başladı. Nəticədə xalqın tələbiylə ikinci dəfə hakimiyyətə gələn Ümummilli liderimiz Heydər Əliyev ölkə həyatının bütün sahələrində köklü islahatların aparılması ilə dövlətin sütunlarının möhkəmlənməsinə şərait yaratdı. Bilavasitə onun rəhbərliyi altında aparılan hüquqi islahatlar konstitusiyamızda edilən bütün yeniliklər Azərbaycanın bir hüquqi dövlət olaraq tanınmasına imkan verdi. Aparılan çoxşaxəli və köklü islahatlar imkan verdi ki, Ulu Öndərimizin daha bir istəyi gerçəkləşsin. Bu istək də məhz Ümummilli Liderimizin rəhbərliyi altında Hüquqi İslahat Komissiyasının yaradılması oldu. Bu komissiya qısa bir müddətdə ölkənin hüquq sisteminin fəaliyyətini tənzimləyən ən əsas qanunların qəbul edilməsinə, beynəlxalq hüququn tələblərin Azərbaycanda təmin edilməsinə nail ola bildi. Xususilə insan hüquqlarının, insan haqlarının qorunması sayəsində mühüm addımlar atıldı. Təbii ki, Azərbaycanın bir dövlət olaraq bütün beynəlxalq qurumlarda təmsil edilməsi məhz qəbul olunan qanunların sayəsində reallaşdı. Heç də təsadüfi deyil ki, ədliyyə sisteminin inkişafı ilə bağlı konkret qanunların qəbul edilməsinə rəhbərlik etmiş Ulu Öndərimiz vurğulayırdı ki, "Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifəsi də var, qaranlıq səhifəsi də var, faciəli səhifəsi də var". Bu da o deməkdir ki, biz yüz illik bir tarixi olan ədliyyə sistemimizin dünəni də, bu gününü də, sabahını da öyrənməklə onun müsbət tərəflərini inkişaf etdirməklə yeni dünyaya ən mükəmməl bir ədliyyə sistemiylə qovuşmalıyıq. Heç də təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyevin də ədliyyə sistemi işçiləri qarşısında qoyduğu əsas vəzifələrdən biri də qanunçuluğun mükəmməl tətbiqi, qorunması və inkişaf etdirilməsidir. Bu gün respublikanın ədliyyə naziri Fikrət Məmmədov cənablarının rəhbərliyi altında öz fəaliyyətini uğurla davam etdirən Ədliyyə Nazirliyi və onun qurumları beynəlxalq hüququn tələblərini də nəzərə almaqla ölkə həyatında müsbət fəaliyyətini hər an hiss etdirir və Azərbaycan vətəndaşları da bu sistemə, bu fəaliyyətə güvənirlər. Xususi olaraq beynəlxalq təşkilatların, BMT-nin, Avropa Şurasının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və digər nüfuzlu təşkilat və qurumların Azərbaycanın hüquqi dövlət olması ilə bağlı səsləndirdikləri fikirlər bir daha göstərir ki, Azərbaycanın ədliyyə sistemi öz fəaliyyətini doğru bir istiqamətdə formalaşdırıb. Və təbii olaraq ölkə prezidenti tərəfindən imzalanan "Ədliyyə orqanlarının inkişafı haqqında", "Məhkəmə-hüquq Şurası haqqında" və qəbul edilmiş digər qanunlar da bu sistemin hər gün yeniləşməsinə, necə deyərlər, özünü təsdiq etməsinə xidmət edir.

Hazırda ölkə Ədliyyəsi qanunverciliklə müəyyən edilmiş bir istiqamətdə öz uğurlarını artırmaqdaddır. Yəni ölkə prezidenti Cənab İlham Əliyevin eləcə də Ali qanunvericilik orqanı olan Milli Məclisin imzaladığı, qəbul etdiyi qanun və qəraralara uyğun olaraq yeni dünya inteqrasiyanın nizamlı bir şəkildə yönəldir və qarşılıqlı anlaşmalar, müştərək fəaliyyətlər sayəsində Azərbaycan Ədliyyəsi daha mütəşəkkil və insanların hüquq- azadlıqlarını təmin edən bir hüquq orqanı kimi özü-özünü daha da işlək bir formada yaşadır həmçinin dünyaya tanıdır. Bu isə bizim bir hüquqi Dövlət olaraq inkifımızın göstəricilərindən biridir.

Mərdan Həsənzadə,

Bərdə regional, "ASAN" xidmət mərkəzində Natoriat Kontorunun Xüsusi Notariusu




İmza:

Qusarda toyda qətl törədən şəxsə 10,6 il cəza verildi

Gözəl Bayramlının cəzası azaldıldı

Rüşvət almaqda təqsirləndirilən gömrük polkovnikinin məhkəməsi başladı

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı

"Fədayə Laçının səhhəti ağırdır" - Vəkili

Toz fırtınası Avstraliyanı ağuşuna aldı

YÜZ YAŞLI ƏDLİYYƏMİZ

Vəkil: Fədayə Laçın prokurorun istədiyi cəza müddəti ilə razı deyil

Baş Prokurorluq: Daş karxanalarında qeyri-qanuni istismar işləri ilə bağlı 7 nəfər həbs edilib

Həyat yoldaşının boğazını kəsən şəxsə hökm oxundu

Azərbaycanda terror aktı törətmək istəyən erməni diversant məhkəmə qarşısında

Dələduzluqda təqsirləndirilən bağça müdiri məhkəmə zalında həbs edildi

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK