adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Noyabr 2018 11:03
20234
İDMAN
A- A+

"Qarabağ" "Vorskla"ya qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Adalet.az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən "Qarabağ” da növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi Ukraynada "Vorskla”nın qonağı olacaq. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağa və qrupda ilk qələbəsini qazanmağa çalışacaq.

Qrupun digər oyununda "Arsenal” "Sportinq”i qəbul edəcək.

Xatırladaq ki, qrupda keçirdiyi üç oyunda qol vura bilməyən "Qarabağ” səfərdə "Sportinq”ə (0:2), Bakıda isə "Arsenal” (0:4) və "Vorskla”ya (0:1) məğlub olub.


Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan)
Baş hakim:Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)


1.

Arsenal

3

3

0

0

8:2

9

2.

Sporting

3

2

0

1

4:2

6

3.

Vorskla Poltava

3

1

0

2

4:6

3

4.

Qarabağ

3

0

0

3

0:6

0