adalet.az header logo
  • Bakı 18°C
08 Noyabr 2018 00:14
4657
GÜNDƏM
A- A+

ŞƏKİ: VƏTƏNƏ MƏHƏBBƏTİN ƏBƏDİ YADDAŞ KODU

(əvvəli ötən sayımızda)
Şəki üçün spesifik hesab edilən baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafının təmin edilməsi istiqamətində ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün geniş iş aparılır.Baramaçılığın inkişafında əsas faktor ipəkqurdunun yem bazasının genişləndirilməsidir. 2016 - 2017-ci illərdə ildə rayonumuzda 92 min ədəd Çin Xalq Respublikasından idxal olunan və 123400 ədəd yerli sortlardan ibarət tut tingi əkilmişdir. Lakin bu il baramaçılıqda mövcud vəziyyət göstərdi ki, ipəkqurdunun yem bazası zəifdir. Qarşıda duran əsas məsələ tut tinglərinin əkin sahələrini genişləndirmək, mövcud sahələrə ardıcıl aqrotexniki qulluq göstərmək, kümxanalar yaratmaq, bu sahə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Gələn il bu sahədə bol məhsul əldə etmək üçün bu il qarşıya çıxan çətinliklər geniş müzakirə olunmalı , mövcud nöqsanlar aradan qaldırılmalıdır. Qeyd etmək lazımdır ki, bir sıra çətinliklərə baxmayaraq rayonda barama istehsalında dinamik inkişaf təmin edilir. Belə ki, 2016-cı ildə 9,7 ton, 2017-ci ildə 17,9 ton barama istehsal edilmişdisə ,2018-ci ildə 48,2 ton barama istehsal edilmişdir ki, bu da keçən illə müqayisədə 2,7 dəfə çoxdur.
Rayonda istehsal olunan ixrac yönümlü məhsullardan birini də tütün təşkil edir. Rayonda tütün əkinlərinin genişləndirilməsi və istehsalın həcminin artırıması daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2016-cı ildə rayonda 785 hektar sahədə tütün əkilmiş və tütün istehsalı 2441 ton təşkil etmişdir. 2017-ci ildə 843 hektar sahədə tütün əkilmiş və 2631 ton tütün istehsal olunmuşdur.2018-ci ildə isə 877 hektar sahədə tütün əkilmişdir. Son statistik məlumata əsasən artıq rayonda 2342 ton tütün istehsal olunub. Tütünçülüyün inkişaf etdirilməsi və istehsalçıların marağının müdafiə olunması məsələsi də Şəki şəhər icra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılır.
Qərzəkli meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və sair amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır. Hazırda rayon üzrə mövcud fındıq bağlarının sahəsi 2387 hektardır. 2018-ci ilin payız mövsümündə 700-800 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur.
Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentin kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də yararsız torpaqların istifadəyə cəlb olunması, yeni kənd təsərrüfatı texnikalarının alınması , iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir . Kənd təsərrrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoylulan əsas vəzifələrdən biri də iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsi olduğunu qeyd edən cənab Prezident demişdir: "Kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. 4,3 faiz artım müsbət haldır. Amma əminəm ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcəkdir. Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb.
Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır. Mənə məruzə edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik".
Məhz cənab Prezidentin tapşırıq və tövsiyəsinə uyğun olaraq Şəkidə Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində "Aqroinkişaf 2017" MMC tərəfindən icarəyə götürülmüş 8969 hektar sahədə aqropark yaradılır. Aqroparkın istifadəsinə verilən torpaq sahəsinin Bolludərə kəndi ərazisində yerləşən hissəsində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınmışdır. 194 hektar bağın 17 hektarını tinglik sahə, 177 hektarını isə qoz bağı təşkil edir. 2018-ci ilin sonunadək aqroparkda qoz bağlarının əkin sahəsinin 1000 hektara, tinglik sahənin isə 20 hektara catdırılması nəzərdə tutulur. Qalan ərazinin hələlik 8385 hektarında payızlıq taxıl, 47 hektarında noxud əkilmiş və 343 hektarı qara herikə saxlanılmışdır.
Aqroparkda suvarma işlərini həyata keçirmək üçün 700 min tonluq su anbarı və əkin sahələrinin müasir damcı üsülü ilə suvarılmasını təmin etmək üçün 700 tonluq əlavə su anbarı tikilir, ərazidə 7,5 km uzunluğunda sahələr arası yol çəkilir. Burada həmçinin geniş mexanizasiya parkı (qaraj), laboratoriya, soyuducu anbar, ağac calağı üçün emalatxana və yanacaq anbarının tikintisi nəzərdə tutulur. Aqroparkın ərazisində 7,5 km uzunluğunda sahələrarası yol çəkilir.
Rayonun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişaf təmin edilir. Hazırda rayonda 71 663 baş iribuynuzlu, 309864 baş xırda buynuzlu, 281 120 baş ev quşları var. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri uğurla həyata keçirilir.
Rayonda kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi , məhsul istehsalının artırılması daim diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, baramaçılığın, tütünçılüyün, üzümçülüyün inkişafı üçün mütəmadi tədbirlər həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışna köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşımızda duran həlli vacib məsələlərdəndir.
2018-ci ilin 9 ayında Şəkidə yenidənqurma , tikinti - quraşdırma işləri davam etdirilmiş ,ilin əvvəlində şəhərimizdə aparılacaq abadlıq , quruculuq işlərinin planı təsdiqlənmişdir. İl ərzində şəhərin 12 küçəsində yolların əsaslı təmir edilməsi , 10- dan artıq küçənin dağılmış örtüyünün asfalt betonla bərpa olunması, 8 küçədə su arxlarının yenidən qurulması, 6 küçədə yararsız vəziyyətə düşmüş səkilərin təmir edilməsi , 4 ədəd coxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin əsaslı təmir edilərək yenidən qurulması, 17 ədəd yaşayış binasının bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Regionlarda məşğulluq tədbirlərinin həyata keçirilməsinin maliyyə təminatı barədə Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq sosial müdafiəyə ehtiyacı olan əhali qrupunun məşğulluğunun artırılması, yeni iş yerləri yaratmaqla işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirinin əmrinə əsasən çoxmənzilli binaların əsaslı təmiri məqsədilə Şəki Şəhər İcra Hakimyyətinə 2018-ci ildə ayrılan vəsait hesabına 150 nəfəri işlə təmin olunmuşdur.
Təməli cənab Prezident tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi başa çatmaq üzrədir. 9 hektar ərazidə park salınması işlərinə başlanmış,ərazidə yüzlərlə ağac əkilmiş, yaşıllıq sahələri salınmışdır. Orijinal memarlıq üslubunda inşa olunacaq və ümumi sahəsi 5 min 629 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin , 230 nəfərlik akt zalının , kitabxananın , sərgi zalının, toplantı və tədris otaqlarının , linqafon kabinetinin , həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulmuşdur. Mərkəz Heydər Əliyev irsinn təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün , bilik və bacarığının artırılmasına hərtərəfli şərait yaradacaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhəri Zərifə Əliyeva küçəsində "ASAN həyat" kompleksinin tikintisində son tamamlama işləri aparılır.
Kompleksdə "ASAN xidmət" inzibati binasının tikintisi ilə bərabər bir sıra köməkçi binaların tikilməsi və geniş bir ərazidə park salınması da nəzərdə tutulmuşdur. Yuxarı Baş tarix memarlıq qoruğunda qala divarları ilə əhatə olunmuş ərazidə "ASAN" layihəsinin bir qolu olaraq "ABAD" keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərməsi üçün binada yenidənqurma işləri tamamlanmışdır. Zərifə Əliyeva küçəsində Şəki Qarışıq tipli uşaq evi üçün ümumi sahəsi 1200 m2 olan yeni binanın tikintisi başa çatmışdır.
Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri və əvvəllər bu evdə yerləşən 3 saylı bağçanın yeni binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir .

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ