warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Yiyəsi ölmüş profillər - Eminquey Adalet.az | Yiyəsi ölmüş profillər - Eminquey Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yiyəsi ölmüş profillər - Eminquey

3286    |   2018-11-11 11:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Profillər də ölür

Niyə də ölməsin axı?

Atam üçün feysbuk profili açanda şifrəsini özünün yazmağını istəmişdim. Demişdi ki, özün nə istəyirsən, qoy, problem deyil. Razı olmadım, özünə yazdırdım. Layk eləməyi, dostlaşmağı, paylaşmağı, mesajlaşmağı öyrətdim. Elə birinci dostu da özüm olmuşdum. O, məndən bunu istəyəndə elə bilirdim ki, gec başa düşəcək, dəqiqəbaşı soruşacaq nəyin nə, necə olduğunu. Amma elə tez ayaq uydurdu ki. Moskvadakı qardaşıyla da, onun ailəsi ilə də buradan yazışırdı. Ölümündən təxminən bir ay qabaq Nəsimidən beyt paylaşmışdı.

"Can necə tərk eyləsin ey can səni,
Çünki canın canısan ey canımız".

Açığı o vaxt buna o qədər də fikir verməmişdim. Amma nə bilim ki, bunu ona əcəl yazdırmışdı. Ölüm onun diliylə bizə xəbərdarlıq edirmiş. O öləndən sonra profili kompüterimizdə açıq qalmışdı. Bir az qurdalandım. Feysbuk dostlarından biri mesaj yazmışdı, rusca ona atamın öldüyünü yazdım. Bir gün qəfil nə oldusa kompüterdə problem yarandı. Ha çalışdım, profilinin parolunu çözə bilmədim. Gah anamın, gah özümün, gah onun doğum gününü, gah mobil telefonlarının, gah da ev telefonumuzun nömrəsini yazdım, alınmadı.

Elə bil onu ikinci dəfə itirmişdim.

İndi onun profili də səssiz, lal-dinməz bir qəbirə dönüb. Arada girib baxıram, mesaj yazıram. Nə cavab gəlir, nə də bir şey. Amma hərdən ürəyimdə deyirəm ki, birdən mesajımın altında "görüldü" yazılar, dəli olaram. Sonra reallığa qayıdıram, yazdığım mesaja baxıram, baxıram, başa düşürəm ki, xəyal qurmaq dünyada ən asan və gözəl hissdir.

Əlim də gəlmir ki, dostluqdan çıxarım. Dünyasını dəyişən adamların profili çox kədərli olur. Halbuki sağkən bəzən o adamların fərqində belə olmursan. Atamı evdə də, işdə də görürdüm axı. Onun burada nə yazdığı mənə o qədər də maraqlı deyildi. Amma indi dörd-beş paylaşımı olan profilini hər dəfə elə maraqla izləyirəm ki. Guya təzə nəsə yazacaq, guya mesajıma cavab gələcək.

Qəribə deyil? Təsəvvür edin, 5000 adam var dostluğunuzda, amma bilmirsiniz ki, neçəsi sağdır. Bildiklərinizi də çox istədiyinizdən silə bilmirsiniz. Ölən birisinin profilindəki paylaşımlara fikir vermişəm. Çox qəribədir. Sən ona "ruhun şad olsun!" yazırsan və cavab gəlmir, özü görmür. Şəkillərinin altında bir ay qabaq zarafatlaşmısan, amma indi zarafatın altına "Allah rəhmət eləsin"lər düzülür. 

Mark feysbuku yaradanda bunu düşünsəydi, ya da indi bir əncam qılsaydı, yaxşı olardı. Məsələn, yisəsiz qalan profillər 40 gün işlədilmədiyində bağlansın. 

Bundan da dəhşətli şeylər var:

- Ölü kimi yaşayan adamlar.

Varlığı heç kimə fərq etməyən adamlar. 

Yiyəsi olan ölü profillər... 





İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-04-19 : Ateşkes(me)...
2019-04-17 : Oxucu kimdir?
2019-04-12 : ƏDƏBİ ALƏM
2019-04-11 : DAHİ ÇARLİ
2019-04-11 : Ağdamda son azan
2019-04-10 : Nəcibə İlkin
2019-04-10 : Axşam xaşı
2019-04-10 : GÜNÜN FOTOSU
2019-04-08 : AĞDABAN
SON XƏBƏRLƏR
2019-04-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kişi satıcıdan soruşur:

- Deyiniz görüm, sizdə boksçu əlcəyi varmı?

- Yox!

- Bəs, üzmək üçün papaq varmı?

- O da yoxdur!

- Bəs, futbol topu necə, varmı?

- Cavan oğlan, bura spirtli içkilər dükanıdır.

- Onda mənə bir dənə ağından ver.

Satıcı araq dalınca gedir. Kişi öz-özünə:

- Allah özü şahiddir ki, mən idmanla məşğul olmaq istəyirdim!





digər lətifələr
ARXİV
FACEBOOK