adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Noyabr 2018 19:28
11088
DÜNYA
A- A+

Daha bir səudiyyəli jurnalist öldürüldü

Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanda işgəncə ilə öldürülüb.

Adalet.az xəbər verir ki, bununla bağlı "New Khaleej” hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

Bildirilib ki, jurnalist Camal Kaşıkçının qətlindən biray sonra həbsxanada qətlə yetirilib.

Əl-Casser 2017-ci ilin martında "Twitter” hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən "Twitter”in Dubaydakı ofisində yaxalanmışdı.