adalet.az header logo
  • Bakı 7°C
07 Noyabr 2018 17:41
13146
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏSİNİ

Səsin çiçək tək açılıb -
Qoy öpüb üzüm , səsini...
Oxşayım dadın bildiyim -
Kişmişi üzüm - səsini!

Kimsə yarımçıq kəsəndə ,
İnciyib , ya da küsəndə...
Lap elə qəsdən susanda -
Dindirim özüm , səsini...

Bir əli göyün üzündə
Bir əli kiprik üstündə...
Pozmadan vərin , dəstin də -
Şax tutsun , gözüm səsini...

Kədərin kökü laxlasın...
Ürəyin coşub - çağlasın...
Odlu , alovlu saxlasın -
Közündə közüm səsini!