Əbülfət MƏDƏTOĞLU: DÜNYA KƏDƏRƏ QALIB

ƏBÜLFƏT MƏDƏTOĞLU
52576 | 2018-11-09 10:05

Yazınıbaşlamamışdan öncə bir xeyli «dərs aldım». Necə deyərlər, sevimli Gülər xanımbir balaca özünəməxsus tonda iradlarını bildirdi. Gülər xanımı tanıyanlar daonun iradlarının kəsərindən yəqin ki, xəbərdardı. Tanımayanlara isə xatırladım ki, onlar da öz yaxınlarınapıçıldasınlar. Deməli, Gülər xanım «Ədalət» qəzetində ədalət carçısıdı, ədalətsizlikləbarışmır, susmur və hətta özünə ən doğma hesab etdiyi adamların da özü demişkən,«aşının suyunu verir». Bax, bunu bildiyimizdən şəxsən mən və elə bizim çox hörmətlidizaynerimiz də həmişə çalışırıq ki, onun «gülləsinə» tuş gəlməyək. Və özümüzünə qədər qorusaq da hərdən havayı güllə olur. Onun da günahkarı özümüzük, başqalarınagörə sinəmizi qabağa veririk. Bu da bizim qismətimiz, taleyimizdi. Yanırıq özgəoduna! Nə isə…

Bəli, payızınçox üzücü, necə deyərlər, zəhlə tökən havası var bu gün. Mənimlə razılaşmayabilərsiniz. Elə çevrəmdəkilər də razılaşmırlar. Vurğulayırlar ki, cibində babatpulun, rahat şəraitin olandan sonra bütün havalar gözəldi. Rəhmətlik Rüfət Zəbioğludemişkən, «Ələti də Yalta hesab etmək olar!». Təəssüf ki, bizim nə durumumuz, nədə ovqatımız Yaltalıq deyil. Ona görə də havanı qınayırıq, zamanın yaxasınısökürük və bir az da bir-birimizin üstünə gedirik, xətrinə dəyirik əsəblərimizisakitləşdirmək üçün…

Təəssüf ki,bunlar hamısı qəlbə toxunur… ürəyə dəyir… qanqaraçılıq yaradır… əsəb üstünə əsəbgəlir. Necə deyərlər, dərd dərd gətirir. Təəssüf ki, gələn dərdi bölüşməyə həmdərd gəlmir. Onu da başa düşürəm. Çünki həmdərdinözü də öz dərdini çözməklə məşğuldur. Deməli, belə bir məqamda ümid yenə Allahaqalır. Yaxşı ki, ümid kəndirimiz kəsilməyib.

Bu yerdə yadıma rəhmətlik Vahid Əlifoğlu düşür. Onunxalq nağıllarımızın qəhrəmanlarından olan Məlikməmmədə ünvanladığı şeirin adıbelə idi: Qaldı Məlikməmməd, qaldı quyuda… İndi biz quyunun dibindəyik. Ammaora iynə ucu boyda işıq da düşür, kəndir də sallanır. Faciə onda baş verəcəkki, həmin iynə ucu boyda işıq qeybə çəkiləcək, kəndirdə ki, lap dəhnədən,kötükdən doğranacaq.

Hə, mən bax beləbir ovqatla sözümün ucunu tapmağa çalışıram. İstəyirəm ki, dediklərimi,yazdıqlarımı tam səmimi qəbul edəsiniz. Düşünməyəsiniz ki, ruh düşkünlüyünün, həyatsıxıntılarının, iqtisadi zərbələrin təsiri altında olan-qalan ağlımı da itirmişəm.Bu dünyanın durumu elə bir nöqtəyə gəlib çıxıb ki, indi ağıllıların da fikirləşməsinəzaman qalmayıb. Dəlilərin çapdığı at, daha doğrusu, idarə etdikləri ən sürətliaparatlar, maşınlar heç tozlarını da görməyə imkan vermir. Ona görə də indi deyəsən ağıllıların da erası bitmək üzrədir.Və mən də bunu bir vəhyləhiss etməkdəyəm. Həmin hisslərin diqtəsiylə də adını çəkmədiyim və heç çəkmək dəistəmədiyim bir ünvana yazdığım misraları ürəyimdə təkrarlayıram.


İndi bəxtəvərvaxtındı,

Dərdin nübardişi çıxıb.

Hamı gülür – deməkbu gün

Hamının da işiçıxıb.


İnsanın dabölgüsü var

Oturağı, çölçüsüvar.

Hərənin özölçüsü var –

Dünya arvad,kişi çıxıb…


Ox yoxdusa, kaman nədi

Həyat nədi,zaman nədi?!

Tüpürməli zəmanədi –

Erkək olan dişiçıxıb.


***

Həyatın bütün özəlliklərinəbaxmayaraq, insanın da fərd olaraq özünəməxsusluqları yetərincədir. Və həmin özəllikləözünəməxsusluq bir yolda, rizdə qarşılaşanda və yaxud yolları paralel düşəndəbaxıb görürsən ki, bu rəngarəngliyin içərisində bir xaos da var. Elə bir xaoski, onu ipə-sapa düzmək, onu sıralamaq, yerli-yerinə gətirmək və sonra da«FƏRƏQƏT!» komandası vermək o qədər asan olmur. Lakin bir məcburiyyətolduğundan insan o yükün altına da çiyin verir. Çünki şəraitdən çıxmağa məcburdu,bəlkə də məhkumdu. Ona görə də mən sözümün ucunda artıq deməyə çalışdığımfikirlərin ətrafında kol-kos doğramağı, necə deyərlər, qab-qaşığı bir-birinəvurmağı artıq bir kənara atmaq niyyətindəyəm. İstəyirəm ki, yolu bir az kəsəsalım. Bu fırlanmaları,bu dolayları qatlayıb qoyum dizimin altına. Axı kəsə yol mənzilbaşına tezçatmaq deməkdir. Doğrudur, dünyada bir mənzil var ki, ora yolun ölçüsü məlumdeyil. Başlanğıc nöqtəsi məlum olsa da, son dayanacaq elə doğum anında taleyə yazılsa da, amma neçə illik, neçəaylıq, neçə günlük bir məsafəni keçib gedəcəyimiz öncədən nə yazılı şəkildə, nədə şifahi halda bizə bəyan edilir. Bunun özü hardasa insanın xoşbəxtliyidi. Yənibiz sonuncu günümüzü bilsək,bəlkə də bu dünyanı çoxdan zəlil günə qoymuşduq. İndi hələ heç nə bilməyə-bilməyədünyanın başında türp əkirik, gününü göy əskiyə bükürük, sinəsini müxtəlif sınaqların meydanınaçeviririk. Ona görə də təbii fəlakətlərin, müxtəlif xəstəliklərin sayı vəçeşidi də artır. Qalırıq dava-dərman axtara-axtara…

Doğrudur,dünyanın müxtəlif nöqtələrində insanlar üçüncü növü təmsil edirlər. Onlareksperimentlərin, sınaqların qurbanlarıdılar. «Ağ» insanlar, yəni dünyanı idarəedənlər pullarını artırmaq, imkanlarını daha da genişləndirmək üçün məhz həmino qurbanlıqlardan yararlanıblar. Və mən də özümü bəzən həmin o eksperimentlərinən alisinin, ən vacibinin, ən dəyərlisinin, ən önəmlisinin qurbanı sayıram.Çünki həmin eksperiment bir dənə, bir buğdaya nəfsini güdaza verənlərin, yəniAdəmlə Həvvanın zamanından başlayır. Cənnətdə kef içində yaşayan Adəm babamızlaHəvva nənəmiz günlərin bir günü guya bir buğdaya görə qəzəbə tuş gəliblər. Ammamənə elə gəlir ki, onlar sevgi qurbanlarıdılar. Çünki Adəmlə Həvva o boydasevgidən sonra bir buğdaya tamah salmazdı. Bu, biz insanların uydurmasıdı. Deməli, bu dünyanın ənböyük aşiq-məşuqu elə Adəmlə Həvva olubdu. Bizim sevgimiz isə onların sevgisinin yanında bir şeh damcısıdı.Ona görə də öz-özümə hərdən təsəlli verərək yazıram:


Nə yaşıma, nəbaşıma uyğundu

Bir dəliliknişanıdı bu sevgi…

Həm müqəddəs, həmdə həzin duyğudu –

Torpaq, hava, odvə mənə su, sevgi!..


Gözlərinəuzaqdan, həm yaxından

Baxa-baxaasılanda yaxandan…

Olub məniyandırandan, yaxandan –

Son nəğməsin səsləndirənQu, sevgi..


Xəyal qurmaq,gün keçirmək nağıl tək

Sona qalırortalıqda ağıl - tək…

Aç tilsimin,bağladığım daxıl tək –

Ürəyini ürəyimdəyu, sevgi!..


***

Ömrün fəsillərəbölünməsi yəqin ki, ağıllıların ağlına gəlib. Daha çox da bu fikir yəqin kişairlərə məxsusdu. Çünki yeri gələndəaz-az uydurmaq onların işidi. Bax, bu mənadaindi təkcə təbiətin deyil, həm də aid olduğun nəslin ömür payına düşən payızıyaşayırıq. Kim çıxacaq bu payızdan… kim çıxacaq bu qışdan… Onları düşünmək beləistəmirəm. Çünki düşünsəm də dəqiq bir qərar verə bilməyəcəm, dəqiq bir nəticəortaya qoymaq mümkün olmayacaq. Bu, özü-özünü yormaqdan, özü-özünü fikirlərinburulğanında batırmaqdan başqa bir şey deyil. Doğrudur, bəzən insan özü istəmədəndə fikir onun yaxasından tutur. Çünk tökülən, saralan yarpaqlar özü pıçıldayırbu dediklərimi. Və biz dəreallığın qarşısında susuruq,o məqama kimi gözləyirik ki, ordan sonra fəsilin yazı başlayır, yayı başlayır.Amma qışdan, payızdan çıxdığımız unudulur. Elə bil ki, heç ömrümüzdəolmayıblar…

İnsana məxsusolan bu qəribəlik, zənnimcə, elə insanın öz yaradıcılığıdı. Ayaqdaqalmaq, sabaha inamla getmək yaradıcılığı. Bax, mən də dünyanın (yazımın əvvəlindəsöylədiyim kimi – Ə.M.) bu qarışıq, bu xaotik məqamında özüm üçün bir qərar qəbuletmişəm. Daha doğrusu, bunu öz kəşfim hesab edirəm. Biz azaldıqca dünyada kədərinmeydanı genişlənir. Yəni dünya kədərə qalır… kədər sahib olur dünyaya…

Bir az ağrılı,bir az nostalji olsa da, mən indi dünyanın daha çox kədər ünvanı olduğuna,dünyanın daha çox kədərin caynaqlarına keçməsinə şübhə etmirəm. Elə o şübhələ qalib gəlmək, özümü dözümlü göstərməküçün yazmışam:


Bir tənhalıq,bir sükut

Hamilə qara bulud…

Güllələnmiş sonumud –

Dünya kədərəqalıb…


Bir nişangah,bir nişan

Nişangahdı pir,nişan…

Yer də, göy də pərişan–

Dünya kədərəqalıb…


Gündüz qan-tər, gecə qor

Bir ağac var oda dor!

İçim, çölümancaq gor –

Dünya kədərəqalıb…


Səsim yetim,sözüm nəm

Güləşirəm özümnən

Dünya düşübgözümdən –

Dünya kədərəqalıb.


Heyrət, diqqət calaqdı

Üst-üstədi,qalaqdı…

Hər halıylaalaqdı –

Dünya kədərəqalıb.


Bəli, indisevincdən çox kədərin at oynatdığı, təbəssümdən çox göz yaşımın bəzədiyi budünya mənə görə kədərə qalıb. Sizə görə isə?.. Onu özünüz müəyyənləşdirin.Sonra deməyin ki, haqqınıza şərik çıxdım.


TƏQVİM / ARXİV