adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Noyabr 2018 16:36
17165
SİYASƏT
A- A+

XİN-dən Sayalı Sadıqovaya CAVAB

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovanın "Xalq qəzeti”ndə məqaləsi dərc olunub.

Məqalədə diqqət çəkən məqamlardan biri Sayalı Sadıqovanın Azərbaycanın xaricdəki səfirlikləri ilə bağlı söylədiyi fikirlərdir.

"Azərbaycan dilinin tətbiq dairəsi süni olaraq məhdudlaşdırılır, səfirlik, xarici nümayəndəlik və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir. Göstərilən qüsurları aradan qaldırmaq üçün qəbul edilmiş dil sənədlərində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və həmin proses hazırda davam etməkdədir. Bu baxımdan dil qanunvericiliyi ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir”.

Modern.az saytıməsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, belə demək doğru deyil.

"Deyə bilərik ki, bu həqiqət deyil. Xarici səfirliklərimizin yazışmaları doğma dilimizdə aparılır. Digər dillərdə yazışmalar aparmırıq”