adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Noyabr 2018 19:08
10923
DÜNYA
A- A+

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

Ukraynadakı vəziyyətə görə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq.

Adalet.az xəbər verir ki, bunu Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Fderika Moqerini Monrealda tələbələr qarşısında çıxışı zamanı deyib.

"Düşünürəm ki, sanksiyaların tətbiqi siyasəti davam etdiriləcək. Çünki Avropada bir faktı çox ciddi və aydın dərk edirlər ki, sərhədlərin güc yolu ilə dəyişdirilməsi tabudur (qadağa) və tabu olaraq da qalmalıdır. Əks halda, biz bir neçə əsr əvvələ geri dönəcəyik, lakin heç kəs bunu arzulamır”, – Moqerini vurğulayıb.

Aİ-nın ali nümayəndəsinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Ukraynaya dəstəyi nəzərdə tutan siyasətin sadəcə bir hissəsidir.

"Bizim xarici siyasətimizdə Rusiya ilə əməkdaşlıq etdiyimiz sahələr var. Bura İranla nüvə sazişi, Yaxın Şərqdə və Arktikada siyasət üzrə əməkdaşlıq daxildir. Və elə mövzular da var ki, biz ortaq anlaşma tapa bilmirik. Amma bununla belə, biz bir-birimizlə, məsələn, Suriya problemi üzrə danışmağa davam etdiririk.”