ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Onu qurtarmağa çalışdığımız üçün iki gün ac qaldıq...

3382    |   2018-11-11 16:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölərkən ürəyində sevdiyi bir qadın, cibində 28 quruş vardı...

Türk poeziyasının unudulmaz ismi Orxan Vəli... Onu Azərbaycan oxucusu elə də yaxşı tanımır. Lakin şeirlərini bəlkə də haradasa hamı oxuyub, ya da eşidib. Vəlinin "İstanbulu dinləyirəm, gözlərim qapalı” şeirini unutmaq qeyri-mümkündür. O daim sevilən, yenilikçi şair olub. Bütün şeirlərində özünü, sevgisini, həyatını anladan Orxan Vəlidən bəhs olunan bu yazı onun həyatının çox cüzi bir parçasını əks etdirir...

Orxan Vəli kimdir?

Orxan Vəli əsgərlikdə olduğu vaxtlar həyatını qısaca şərh etmişdi: "1914-cü ildə anadan oldum. Bir yaşımda qurbağadan qorxdum. Doqquz yaşımda oxumağa, on yaşımda yazmağa maraq göstərdim. 13 yaşımda Oqtay Rıfatı, 14-də isə Məlik Cevdəti tanıdım. 17 yaşımda bara getdim. 18-də içkiyə başladım. 19-dan sonra avaralıq dövrüm başlayır. 20 yaşdan sonra isə pul qazanmağı və səfalət içində yaşamağı öyrəndim. 25-də bir avtomobil qəzası keçirdim. Aşiq oldum. Heç evlənmədim. İndi isə əsgərəm…”

Tarixin seçdiyi insanlar həmişə dönüş nöqtəsində ortaya çıxırlar. Orxan Vəli də bu insanlardan biri idi…

Orxan Vəli və Nazim Hikmət

Orxan Vəli daim özünə inamını qorumaqla daha böyük zirvələr fəth etmişdi. Bu xarakteri ona böyüklük gətirmiş, hər yerdə onu sevdirmişdi. Məsələn, bir dəfə Təhsil Nazirliyində "anti-demokratik bir hava” əsməsindən şikayətlənən Orxan Vəli həmin an istefa verib oranı tərk etmişdi.

Orxan Vəli sonralar dostları Oqtay və Məliklə birlikdə Nazim Hikmətin həbsdən azad olunması üçün aclıq aksiyasına başlayaraq eyni zamanda mətbuatda onun müdafiəsi istiqamətində yazılarla çıxış etmişdi. Bütün bu cəhdlər "Vətən xainliyi və Moskva nökəri” kimi qiymət almışdı.

Öz yollarından dönməyən şairlərin cavabı gecikmir: "Bir şairin öldürülməsinə razı olmadığımız, sırf onu qurtarmağa çalışdığımız üçün iki gün ac qaldıq. Niyyətimiz heç kimi təhdid etmək deyil, öz şairlik borcumuzu ödəməkdir. Ancaq fürsət düşkünü bir yazar bu hərəkətimizə siyasi bir rəng qatdı…” – deyə yazı müəllifi vurğulayır.

Aclıq aksiyasını davam etdirməsələr də, bu yöndə yazılar yazmaqdan çəkinmədilər. Onlar Nazim Hikməti qurtarmaq niyyətində idilər, öz ölkələrini gözdən salmaq ağıllarının ucundan belə keçmirdi.

Lakin ölüm Orxan Vəlinin missiyasını yarımçıq qoyur. Nazim Hikmət hələ də Bursa həbsxanasındadır. O, Orxan Vəlinin ölümünə çox kədərlənir, daim onu xatırlayır, Orxan Vəlini türk poeziyasının ən böyük simalarından hesab edir. Nazim Hikmət hər zaman Orxan Vəlini qəmli notlarla xatırlayır…

Belə içsən, qadınla yata bilməzsən…

Məlik Cevdət Nazim Hikmətə görə aclıq aksiyasına qoşulanda avara-avara dolaşdığımız günlərin birində mənə belə demişdi: "Rakı yox, yemək yox, gəz babam, gəz!” Bir gün də Oqtay Rıfat Orxan Vəlini çox içdiyinə görə tənbeh etmişdi: "Belə içsən sonra qadınla yata bilməzsən…” Orxan Vəli isə cavabında əlindəki rakını göstərib: "Bəs bu daha gözəlsə?..” - deyərək Oqtayın üzünə baxıb. Orxan Vəli bir şeirində "ölüncə biz də yaxşı adam olarıq” - demişdi. Məni indi ağlamaq tutur, çünki o onsuz da yaxşı insan idi…”

Ürəyində sevdiyi qadın, cibində 28 quruş...

"1950-ci ilin axşamı idi. Ankarada idi... Başının içində fır-fır fırlanan, arıq, uca boylu gənc qaranlıqda Ankara Bələdiyyəsinin qazdırdığı quyunu görmədi və ora düşdü... Başından yaralanmışdı... Amma heç vecinə də deyildi... Bir-iki gün sonra İstanbula gəldi. Onsuz da o zamanlar fikri-zikri İstanbula getmək idi. Sevdiyi qadın İstanbulda idi...

Son

İstanbula gəldi və ayın 14-də yemək yediyi bir vaxtda qəfil döşəməyə yıxıldı... Alkoqolizmdən müalicə olunurdu. Demə, yıxılarkən beyin qanaması keçiribmiş...

O gecə həyata gözlərini yumdu... 36 yaşındaydı. Ürəyində sevdiyi bir qadın, cibində 28 quruş vardı...”




İmza:Eminquey
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK