Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Sumqayıtda cinayətkar dəstə saxlanıldı - FOTO Adalet.az | Sumqayıtda cinayətkar dəstə saxlanıldı - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Sumqayıtda cinayətkar dəstə saxlanıldı - FOTO

6868    |   2018-11-07 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində maşın oğurluğu ilə məşğul olan və ələ keçirdikləri nəqliyyat vasitələrinin ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

DİN-in Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, keçirilən əməliyyat nəticəsində bu qrupun üzvləri əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıblar.

Əsasən "VAZ” və "Tofaş” markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri C.Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada isə C. Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb. C.Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar olunaraq maddi sübut kimi götürülüb.

Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq həmin şəxslər, paytaxt sakinləri Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən biliblər. Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri - F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan "Metamfetamin”, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.


İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK