adalet.az header logo
  • Bakı 19°C
07 Noyabr 2018 14:13
4329
HADİSƏ
A- A+

Azərbaycanlı gənc özünü 42-ci mərtəbədən atdı, sağ qaldı

Türkiyənin Konya şəhərində 23 yaşlı azərbaycanlı gənc intihara cəhd edib.

Adalet.az DHA-ya istinadən xəbər verir ki, 42 mərtəbəli plazanın terrasından özünü aşağı atan Tehran Alimov yaxınlıqdakı ticarət mərkəzlərindən birinin damına düşüb.

Şəhərin ən hündür binasından özünü atan gəncin vücudunda çoxsaylı qırıqların olduğu təsbit edilib. O, hazırda reanimasiyadadır.

Məlumatda bildirilib ki, hələlik azərbacanlı gəncin ailəsi və yaxınları ilə əlaqə yaratmaq mümkün olmayıb.