adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Noyabr 2018 14:11
8771
GÜNDƏM
A- A+

Aqil ABBAS: “İşə avtobusla getmək istəyirəm”

"Ali məktəblərin bir hissəsini rayonlara köçürmək həmin rayonların mədəni səviyyəsini qaldırmaq deməkdir. Amma bununla Bakıdakı tıxacların tam qarşısını almaq olmaz. Bir sıra dövlət qurumu var ki, onları rayonlara köçürmək lazımdır”

Adalet.az xəbər verir ki, bu fikirləri AzVision.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Onun sözlərinə görə, Bakıdakı sıxlığın qarşısını almaq üçün variantlardan biri də bölgələrdə iş yerlərinin sayını artırmaqdır. Bu halda paytaxta üz tutanların sayını azaltmaq mümkün olar.

"Şəhərdəki tıxacın qarşısını almaq üçün həmçinin sürücü və piyada mədəniyyəti olmalıdır. Bu, həm də mədəniyyətdən keçir. Bir çox ölkələrdə, böyük şəhərlərdə tək nömrələr və cüt nömrələr günü tətbiq olunur. Belə ki, həftənin tək günləri tək, cüt günləri isə cüt nörmələr şəhərə çıxır. Qalan günlər isə şəhər nəqliyyatından istifadə olunur. Ancaq gərək şəhər nəqliyyatı da saat kimi işləsin. Avropa ölkələrində şəhər nəqliyyatında bir dəqiqə belə ləngimə ola bilməz. Bizdə isə hələki normal halda işləmir”.

Deputat ictimai nəqliyyatın vaxtında ünvana çatmadığını səbəb gətirərək, şəxsi avtomobildən istifadə etdiyini söyləyib. Buna baxmayaraq, o, hər gün işə avtobusla getmək istədiyini vurğulayıb.

"Mən işə niyə maşınla gedim ki? Evimizin yanından avtobus keçir, bilsəm ki, vaxtında işləyəcək, elə işə onunla gedərəm. Maşına verdiyim benzin pulu da cibimdə qalar. Söhbət məndən getmir. Problem çoxdur, dəqiqliklə izah etmək çətindir. Yəqin ki, əvvəl-axır bunlar bizim ölkədə də tətbiq olunacaq”.