adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2018 12:44
3745
HADİSƏ
A- A+

Sərnişinlə dolu avtobus qəzaya düşdü - Yaralılar var

Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

Adalet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib.
Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb.

Faktla bağlı araşdırma aparılır.