adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Noyabr 2018 16:50
7418
MƏMLƏKƏT
A- A+

Bakıda 50 yeni avtobus xəttə buraxılır

Bu gün Bakı Nəqliyyat Agentliyi ölkəyə yeni gətirilmiş və ümumi dəyəri5mln. ABŞ dolları olan50sərnişin avtobusunun təqdimatı keçirilib.

Adalet.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən BNA-nin mətbuat xidmətinin rəhbəriMais Ağayevavtobusların təmsil etdiyi qurumun tələblərinə cavab verdiyini vurğulayıb:

"Bu avtobuslar sərnişinlərin rahat və təhlükəsiz daşınması baxımından qoyulan tələblərə cavab verir. Fiziki imkanları məhdud, eləcə də uşaq arabası ilə olan şəxslərin avtobuslardan rahat istifadə etməsi üçün nəqliyyat vasitələri xüsusi mexanizmlə təchiz edilib.
Avtobuslarda enerji ötürücüsu yerləşdirilib".

M.Ağayevin sözlərinə görə, yeni avtobuslar yaxın günlərdə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətlərinin birində istismara veriləcək:

"Sərnişinlərin təhlükəsizlik daşınması məqsədi ilə bu avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi60km/saat müəyyən edilib".

Onun sözlərinə görə, yaxın günlərdə 8 avtobusun Azərbaycan paytaxtına gətirilməsi gözlənilir.