Bakı avtobuslarında insan mənzərələri – Ayxan Ayvaz yazır…

19730 | 2018-11-11 11:45


Adalet.az Ayxan Ayvazın "Avtobus etüdləri”adlı yazısını təqdim edir.

Bayağı mahnıbasabasda sərnişinlərin iri qollarından, yekə çantalarından xilas olub təpikyemiş it kimi zingildəyirdi. Qulağıma bir misra dəydi: "Sən məndənayrılarsan, xoşbəxt gəlin olarsan".

Gic gülmək tutdu məni.Yanımda dayanmış və çantası ilə aramıza sərhəd xətti çəkmiş xanım tərs-tərs mənəbaxdı.

- Nə gülürsünüz?

- Mahnıya. Çoxbayağıdır. Xoşbəxt gəlin.

- Hmmm... - mənalı-mənalıməni süzdü. - Xahiş edirəm, hörmət edək. O da onun zövqüdür.

Bu sözlərdən sonraözümü saxlaya bilmədim:

- Zövq? Zövqsüzlüyündibidir e bu. Xoşbəxt gəlin olarsan nədi e? Belə bayağılıq olar?

Qadın əlini ağzınatutub pıqıldadı, elə bil qazanın qapağı bir-iki dəfə açılıb örtüldü. Ardıncadigər qazan qapaqları da bu səsə qoşuldu. Pıqqıltılardan bir himn yarandı.

- Xoşbəxt gəlinmi? -bir qadın bunu deyib əlini yellədi. - Xoşbəxt gəlin var?

Sürücünün bu dəm səsieşidildi:

- Camaat, mənimgünahım deyil e. O axmaq Rasimin flaşkardı da. Dünən gərək qulaq asardım. Nəbilim, burda "Gəlin mahnısı" olduğunu?

Oğlanlardan birinin əvvəlsəsi gəldi, sonra özü göründü:

- Gəlin mahnısı. Yoxbir, gəlin nömrəsi.

- Gəlin maşını daolar. - yanındakı dedi.

Qaqqıltıların müşayiətiilə növbəti dayanacaqda düşdüm.

***

Bu günavtobusda gedirik, qəfil elə bil güllə atdılar, içərini toz basdı. Hamıqışqır-bağır saldı, uşaqlı qadınlar pəncərələri döydülər ki, avtobususaxlasınlar. Qəribədir, heç bir qram da qorxu hiss eləmədim, yaxınlaşıb sürücüyədedim, nə məsələdir. Sən demə, içəri təkər partlayıbmış. Sürücü ilə nə qədərcamaatı sakitləşdirməyə çalışsaq da, alınmadı, axırda sürücü avtobusu saxladı,hamı düşdü. Bircə mənlə sürücü qaldı. Yol boyu söhbətləşdik. Dedi ki, sənləölümə də gedərəm. Güldüm: "O qədər də yox, dayı. Mənim qəhrəmanlığım buraqədərdi. Saxla qabaqda".

***

Avtobusdagedirdim. Bir cavan oğlan o boyda basırıqda telefonda qışqıra-qışqıradanışırdı: "Sənə deyirəm, sözümə qulaq as. Adboy vermə. Bax ha sözüməqulaq as. Aysu..". Telefonun o biri xəttindəki qızın qızardığını hiss elədim,vallah. Camaat da oğlana baxır ki, ay eşşək, bəlkə sonra danışasan qızla,utandırdın onu. Oğlanın heç vecinə deyil, telefon qulağında əli ilə saçınıdaraya-daraya danışmağa davam edir: "Aysu... Eşidirsən? Nə olsunavtobusdayam? Sənin səsini eşitmirlər..." Bunu deyəndə ortamıza sığışmışkök bir arvad dedi ki, ay bala, qız dərs oxuyur da, əl çək. Oğlan bunu eşitcək əsəbiləşdivə belə bir cümlə qurdu: "Xala. onun dərsi də mən olmalıyam. Məni öyrənsin".Avtobus gülüş səsindən yırğalandı.

***

Deməli,yağmurlu havalarda ən gözəl yeməyin qurutlu xəngəl olduğu haqda dostuma məruzəoxuyurdum. Basabas idi, adamların qolları aramızda sərhəd xətləri çəkmişdi. Budəm bir xanım yavaşca əlini qoluma toxundurdu:

-Bağışlayın.

Və aramızdaqəribə bir dialoq oldu:

- Xahiş eləyirəm,danışmayın.

- Səsimizbaşınıza düşür?

- Yox, xəngəldəndanışırsınız.

- Nə var kiburda?

- O qədəriştahla danışırsınız ki... Mənim də ürəyim dözmür.

- Xəngəlhavasıdır, neyləyək.

- Axı mənyıxılacam bura. Yemək barəsində çox həssasam. Özümü saxlaya bilmirəm. Nolar,danışmayın.

Mən dostuma tərəfçevrilib dedim ki, keçən gün Kazuo İşuquronun bir müsahibəsini... Qızgülümsündü və gözləri ilə mənə təşəkkür elədi.

TƏQVİM / ARXİV