adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2018 18:25
10100
İDMAN
A- A+

Həbib Dağıstanın ali mükafatını aldı

UFC çempionu Həbib Nurməhəmmədov Dağıstanda mükafatlandırılıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin göstərişi ilə o, atası Əbdülmanapla birlikdə "yüksək idman nailiyyətlərinə görə” mükafatına layiq görülüblər.

Bundan başqa, Həbib Dağıstan Respublikanın ali mükafatı sayılan "Dağıstan Respublikasına xidmətlərinə görə” ilə təltif olunub.

Qeyd edək ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdə qalib gəlib.