adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Noyabr 2018 16:19
12333
DÜNYA
A- A+

ABŞ PKK-çıların başına pul qoydu

Türkiyə XİN ABŞ Dövlət Departamentinin PKK liderlərinin başına pul qoyması məsələsinə münasibət bildirib.

Adalet.az xəbər verir ki, XİN sözçüsü Hami Aksoy Vaşinqtonun bu addımını müsbət qarşıladıqlarını açıqlayıb.

"Bu addımın PKK və əlaltıları ilə mübarizə çərçivəsində İraq və Suriyada ortaya qoyulacaq konkret tədbirlərlə dəstəklənməsini gözləyirik”, - Aksoy bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti PKK terror qruplaşmasının rəhbərlərindən Murat Qarailanın başına 5 milyon dollar, Cəmil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat qoyub.