adalet.az header logo
  • Bakı 7°C
06 Noyabr 2018 17:39
26272
HÜQUQ
A- A+

Həyat yoldaşının boğazını kəsən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əhmədov 7 il 10 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən mənzildə 1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində A.Əhmədov həyat yoldaşını qol və boğazından bıçaqlayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Azər Əhmədovu saxlayıb. Ona Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.