warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Sərhədçilər qayıqla İrandan narkotik keçirmək istəyən şəxsləri saxlayıblar Adalet.az | Sərhədçilər qayıqla İrandan narkotik keçirmək istəyən şəxsləri saxlayıblar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Sərhədçilər qayıqla İrandan narkotik keçirmək istəyən şəxsləri saxlayıblar

6908    |   2018-11-06 17:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İrana narkotik keçirmək istəyən 2 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Adalet.az-a verilən məlumata görə, noyabrın 4-də saat 15:25 radələrində DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonu Şahağacı kəndi istiqamətində İİR-dən AR-ə doğru hərəkət etməklə sərhəd sularımıza daxil olmuş hədəf aşkar edilib.

Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanmış və İİR sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. 2018-ci ilin 5 noyabr tarixində saat 10:10 radələrində həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxmış Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilmiş baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi açılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK