adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Noyabr 2018 18:44
11839
DÜNYA
A- A+

İSRAİLLİ NAZİR: ««S-300»lər VURULACAQ»

«TASS»-ın məlumatına görə, Yerusəlimin işləri üzrə və İsrail dövlətinin milli sərvətlər naziri Zyev Elkin bəyan edib ki, «əgər Suriya Rusiyanın göndərdiyi «S-300» zenit-raket komplekslərindən İsrail təyyarələrinə qarşı istifadə edərsə onda onun ölkəsi həmin komplekslərə zərbələr endirəcək. Rusiya tərəfi bu tip silahların Suriyaya verilməsinə görə tam məsuliyyət daşıyır».

Nazirin bildirdiyinə görə, həmin komplekslər Rusiya mütəxəssisləri tərəfindən idarə olunmadığı üçün Rusiya hərbçiləri zərər görməyəcək. Elkinin fikrincə, İran tərəfi də Suriya ərazisində Rusiya hərbçilərindən canlı sipər kimi dəfələrlə istifadə edib.

Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədri Vladimir Şamanov «İnterfaks»a bildirib ki, «S-300» hava hücumundan müdafiə sistemləri hərtərəfli qorunur. Və Dəməşq bu sistemlərdən öz milli maraqlarını müdafiə etmək üçün istifadə etmək hüququna malikdir. Daha sonra o, əlavə edib ki, israilli nazirin bu cür bəyanatlar verməsi «ən azı israillilər tərəfindən atılmış nəzakətsiz addım kimi qiymətləndirilə bilər».