adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
06 Noyabr 2018 18:36
14063
DÜNYA
A- A+

MAKRON LİDERLƏRİN GÖRÜŞÜNƏ MANE OLUR

«Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp mütləq Parisdə görüşəcəklər. Amma bu görüş ətraflı görüş olmayacaq». Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Tədbir I Dünya müharibəsinin bitməsinin 100 illiyinə həsr olunduğu üçün format iki liderin görüşünün hərtərəfli müzakirələr aparılmasına imkan vermir. Bu barədə məlumat verən RİA-Novosti qeyd edir ki, Putin və Tramp Parisdə yalnız «ayaqüstü» söhbət edəcək və gələcəkdə ətraflı görüşün keçirilməsi vaxtını müəyyənləşdirəcəklər.

Avropadakı diplomatik mənbələrinə istinadən «Kommersant» bildirir ki, Rusiya və ABŞ liderlərinin Parisdə ətraflı görüşünə Fransanın prezidenti Emmanuel Makron mane olub. Tramp «Endryus» aviabazasında jurnalistlərlə görüşündə bildirib ki, o, Parisdə Putinlə görüşəcəyinə əmin deyil. Lakin 30 noyabr tarixində Argentinada keçiriləcək «20»lərin sammitində belə bir görüşün baş tuta biləcəyini istisna etmir. O, qeyd edib ki, gələcəkdə Putinlə hələ çox görüşlər keçirəcək.