adalet.az header logo
  • Bakı 19°C
06 Noyabr 2018 14:56
14527
İDMAN
A- A+

AFFA-dan cəzalar

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Adalet.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz premyer Liqanın 7-ci turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" və 10-cu turun "Zirə"- Səbail" oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

"Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək.

"Zirə” – "Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.