adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Noyabr 2018 14:52
5288
HADİSƏ
A- A+

Sumqayıtda maşınla vurulan piyada ölüb

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi "KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub.

Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.