adalet.az header logo
  • Bakı 7°C
11 Noyabr 2018 11:15
13761
DÜNYA
A- A+

Belarus NATO-ya qarşı silahlanır

"Əgər NATO-nun aktivliyi artarsa və ya ABŞ Polşada hərbi baza yaradarsa, onda özünü qoruması üçün Belarusun raketlər də daxil olmaqla yeni silahlara ehtiyacı olacaq".

Adalet.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə amerikalı analitiklər qrupu ilə görüşündə bildirib.

"Əgər NATO bu yolla bizi qorxutmağa davam edərsə, məsələn, "Fort Tramp” bazalarını Polşada yerləşdirməklə və ya başqa hansısa addımlarla, onda bizə daha effektiv silahlar və ilk növbədə raketlər lazım olacaq”

Lukaşenko ona da əlavə edib ki, Minsk həm bu istiqamətdə, həm də öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək məsələsində işlər görür: "Biz öz raket sənayemizi yaratmışıq və özümüzün yüksək dəqiqlikli raket silahlarımızı istehsal etmişik.”

Xatırladaq ki, bundan əvvəl Lukaşenko Polşa xarici işlər nazirinə əlavə bazalar yaratmamağı məsləhət görüb. Bildirib ki, əks təqdirdə Belarus və Rusiya Polşanın bu addımına cavab verməyə məcbur olacaqlar.