Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Belarus NATO-ya qarşı silahlanır Adalet.az | Belarus NATO-ya qarşı silahlanır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Belarus NATO-ya qarşı silahlanır

8675    |   2018-11-11 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Əgər NATO-nun aktivliyi artarsa və ya ABŞ Polşada hərbi baza yaradarsa, onda özünü qoruması üçün Belarusun raketlər də daxil olmaqla yeni silahlara ehtiyacı olacaq".

Adalet.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə amerikalı analitiklər qrupu ilə görüşündə bildirib.

"Əgər NATO bu yolla bizi qorxutmağa davam edərsə, məsələn, "Fort Tramp” bazalarını Polşada yerləşdirməklə və ya başqa hansısa addımlarla, onda bizə daha effektiv silahlar və ilk növbədə raketlər lazım olacaq”

Lukaşenko ona da əlavə edib ki, Minsk həm bu istiqamətdə, həm də öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək məsələsində işlər görür: "Biz öz raket sənayemizi yaratmışıq və özümüzün yüksək dəqiqlikli raket silahlarımızı istehsal etmişik.”

Xatırladaq ki, bundan əvvəl Lukaşenko Polşa xarici işlər nazirinə əlavə bazalar yaratmamağı məsləhət görüb. Bildirib ki, əks təqdirdə Belarus və Rusiya Polşanın bu addımına cavab verməyə məcbur olacaqlar.



İmza:
SON XƏBƏRLƏR
2019-01-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK