Çox qorxurduq. Ki, bu dəqiqə ev alışacaq - Eminquey yazır

EMİNQUEY AKİF
47229 | 2018-11-06 18:54

Səhər-səhər havanınqarnı açılmışdı. Külək yağışı gah o yana səpir, gah da bu yana püləyirdi. Heçsevmədim də küləkli yağışları. İndi kimsə mərmərlə döşənmiş piyada keçidlərində,parklarda, səkilərdə sürüşüb yıxılmamaq üçün mübarizə aparır.

Gözlərimiyuxu tutub saxlamışdı. Elə bil naməlum biri qollarıyla məni çarpayıya sıxırdı.Gözlərimi ovuşdurub gərnəşdim. Bədənimdəki bütün ağrılar az da olsa havayabuxarlandı. Elə ayağa durub əynimi geyinəcəkdim ki, anamın səsini eşitdim:

- Bura daş qoyanın ələngəsinə lənət!

Səhəryuxudan oyanıb nələrinsə düz getməyini biləndə dəliyə dönürəm də.

- Ay mama, nolub yenə?

Anamdan səsgəlmədi...

- Ay qız, yenə nəyə əsəbiləşmisən?

Yenə səs gəlmədi...

- Mamaaa, ay mamaaa!

Həmişə anamnəyəsə hirslənəndə, başı qarışıq olanda üçüncü qışqırığımdan sonra hay verir.

- Ədə, nolacey? Ev aşsüzənə dönüb.

Əynimialayarımçıq geyinib keçdim o biri otağa. Anam əlində əski ilə döşəməyəgirişmişdi. Döşəməyə cürbəcür qazançalar düzmüşdü. Burnunu çəkməyindən bildimki, ağlayır.

"Dinq, donq,dinq, donq” – deyə qazançalardan səs çıxırdı. Tavandan süzülən yağışdamcılarına hirsləndim. Anamı bu hüznü ab-havadan çıxarmaq üçün əl-qol açıboynamağa başladım.

- Mama, pozitiv ol, yağışın ritmini tut.

Anam gözüyaşlı-yaşlı tərs-tərs baxmasaydı, dayanmayacaqdım.

Əl-qolumusaxlayıb əyildim anama tərəf, qolundan tutub qaldırdım, qucaqladım.

- Darıxma, bir şey fikirləşəcəm. Hələliksə get,otur, qalanı mənlikdi.

Qalanı deyəndəki, anam döşəməni silib qurtarmışdı, qazançalar da öz yerində. Daha elə bir işqalmamışdı. Dayandım, bir az fikirləşdim. Nə edim ki, bu deşiklərin heç olmasabir-ikisini bağlayım.

Qəfilbiixtiyar dolabı açdım, yekə bir skoç tapdım. Skoçun ağzını tapana kimi onuistehsal eləyənləri bir xeyli xatırladım. Ən qıcıq olduğum şeydi skoçu açmaq.Ayağımın altın stul qoyub qalxdım tavana. Damcıların düşüşünü izləyib tezdeşiklərin birinə skoç yapışdırdım. Damcı aman vermədi, yapışdırdığım skoçdayanmadı, qopdu.

Bir, iki,üç...

Bir-ikideşik də olsa bağlaya bildim, qazançalardan bir-ikisi azaldı.

Aşağı düşüb şadxəbəri tez anama çatdırdım. Onun az da olsa rahatlığına səbəb olmuşdum.

- Darıxma, yağış kəssin, düzəldəcəm.

Həyətəçıxdım, əl-üzümü yuyub ac qarına bir siqaret yandırdım. Tüstülənə-tüstülənə2000-ci illərin əvvəlinə qayıtdım.

Atamın uzaqsəfərə çıxdığı vaxtlar idi. Onda hələ evimiz təmir olunmamışdı. Döşəməsisınıq-salxaq, arakəsmələrindən siçan keçən, divarındakı kağızları yarımsoyulmuşvəziyyətdə, damı qırdan olan bir ev.

O vaxtlaryağışlı günlər bundan da betər keçirdi. Evin iç üzünə qədər su axırdı. Ermənilərdə bu evləri elə tikib ki, işıq xətlərindən baş açmaq mümkün deyildi.Divarların içinə sızan yağış elektrik naqillərində qığılcım yaradırdı. Çoxqorxurduq. Ki, bu dəqiqə ev alışacaq. Elə olurdu ki, günlərlə şam, ləmpəişığında otururduq.

Buqaranlığın bircə tərəfini çox sevirdim. Qonşumuzun qızı bizə gələrdi ki, təkqalmayaq. Günlərlə bizdə qalardı. Anama kömək edərdi. Axşamlar da o qızınyanına qısılıb yatardım. Ayaqlarını tumarlayardım. Uşaq idim, belə şeylərinmahiyyətinə varmazdım, mənimki uşaq sığalıydı, uşaq. Amma həm də uşaqcasınabağlanmışdım o qıza.

O vaxtınantenli telefonları var idi, təzə çıxan Eriksonlardan. Atam birini özünə,birini də anama alıb vermişdi. Ki, səfərə çıxanda bizdən xəbər tuta bilsin.Günlər keçmişdi, atam bu sınıq-salxaq evi toyuq hinindən əməlli-başlı adam evinəçevirmişdi.

Siqaret sinəmdədüyünləndi, məni bərk öskürək tutdu, fikrim də tüstüyə düşüb uçub getdi.

Evinqapısını açdım. İçəri girib örtəcəkdim ki, mağara qaranlığı çökdü. Otaqdananamın səsi gəldi:

- Deey, işığı da kəsdilər! Zalımın balaları!

Cin vurmuşadöndüm.

- Bu nə deməkdi e? Hə, indi bu nə deməkdi? Yağışyağır, çöl soyuq, ev güclə qızır, indi işığı kəsməyin yeridi?

Bunu deyə-deyəbir də gördüm ki, yanı üstə yerdə oturmuşam. Ayağım hansısa qazançayailişmişdi, tir-tap yerə dəymişdim.

Qazanındanqıltısı, mənim qışqırığım, anamın yanıma gəlməyi....

Özümü söyüşsöyməkdən güclə saxlayırdım. Mamanı bir bəhanə ilə həyətə çıxartdım.

- Mama, telefonum həyətdə hamamda, güzgününqabağında qalıb. Qurban olum, onu gətir də. Ayağım ağrıyır.

Anamaçıxar-çıxmaz ev telefonuna sarı qaçdım. Dəstəyi götürdüm, 199-u yığdım. İşıqidarəsinin qaynar xəttini...

- Duud, duuud, duudd...

Xətt məşğuldur.

Bir də...Bir də... Bir də...

Qəfil xətt dəkəsildi, dud da.

Yadıma düşdüki, telefonun şunuru da xarabdı. Hərdən gicliyi tutur. Əsəbimdən telefonugötürüb çırpdım yerə. Başladım telefonun istehsal edənin də qohumlarınıxatırlamağa. Bu dəm anam girdi içəri, telefonu yerdə görüb bərkdən deyinməyəbaşladımı? Başladı. İndi gəl, sakitləşdir. Hirsim soyumur, buğaya dönmüşəm. Ağlımagəldi ki, mobil telefondan da qaynar xəttə yığmaq olur.Telefonumu anamdan alıb199-a yığdım.

- Duud, duud, duud. Azərbaycan dili üçün 1-i seçin.

Seçdim.

- Qəza xidmətinə bağlanmaq üçün 1-i seçin.

Seçdim.

- Sizi operatora bağlayırıq, xahiş edirik gözləyin.

Qarşıdaqaynar xətdə oturan operatoru məşəqqətli dialoq gözləyir.

- Azəri İşıq, buyurun, eşidirəm.

- Xanım, Xutorda işıqlar niyə kəsilib?

- Orada transfarmatorda açılma baş verib.

Guya ki,başqa səbəb var imiş də, bu demirmiş.

- Ay xanım, həmişə eyni şeyi deyirsiz. Hər dəfəaçılma baş verir. Hə, bilirəm, indi deyəcəksən ki, ustaları göndərmişik, düzəldirlər.

- Bəli, göndərmişik.

- Əzizim, qulaq as, bir-iki kəlmə dözümü deyim.

- Buyurun.

- Bax, xanım, mən nəinki işıq pulunu, qazın da,suyun da pulunu vaxtında ödəyən adamam. Borcum olsa və işığımı kəssəniz, deyərəmki, hə, haqlıdırlar. Axı mən bu zəhərə qalmış kommunalı vaxtında ödəyirəm, niyəmənim işığım kəsilməlidi?

- Vallah, mənlik bir şey yoxdu, açılma baş verib,ustaları göndərmişik.

- Bildim e, sənlik heç zad yoxdu, bəs kimlikdi?

- İşıq idarəsinə ərizə yazın, baxsınlar probleminizə.

- Hə, yaxşı, xanım, sağ olun!

Bunu deyibtelefonu atdım masanın üstünə. Açığı bir az rahatlamışdım.

Yağış kəsmişdi.Biz tərəflərdə işıqlar kəsiləndə qonşular məhləyə çıxırlar, dərdlərini bölüşürlər.Gördüm ki, hamı məhlədədi. Dedim:

- Ay qonşular, gəlin, yığılaq, ərizə yazaq, gəlibbu zəhrimara qalmış problemi həll eləsinlər.

Biriuzaqdan:

- A kişi, xeyri yoxdu.

Biri o tərəfdən:

- Ərizə yazdın, sonra?

Biri də buyandan:

- Bir dəfə yazdıq da, düzəltdilər?

Gördüm ki, nəbunlar məni başa düşəcək, nə də ərizə yazacaqlar. Anamın da qolundan tutubgirdim evə.

Evə ölü birsükut çökmüş. Sükutu birinci anam pozdu:

- Atan sağ olsaydı bu ev bu günə qalmazdı. Evi təmiretdirərdi.

Bu dəfə dəsükut həmişəki kimi eyni cümləylə pozulmuşdu: Atan sağ olsaydı...


TƏQVİM / ARXİV