adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Noyabr 2018 12:32
5376
GÜNDƏM
A- A+

“Çoxuşaqlı ailələrə güzəştli ipoteka kreditləri ayrılmalıdır”

Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını, həmçinin 3 yaşına qədər çoxuşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılmasını təklif edib.

Aqiyə Naxçıvanlı bununla bağlı parlamentin komitələrinin birgə iclasında məsələ qaldırıb.

O deyib ki, həmçinin bu ailələrin mənzil probleminin həlli üçün güzəştli ipoteka kreditləri ayrılmalıdır.

Deputat həmçinin zorakılıq qurbanları üçün "Qaynar xətt”lərin yaradılmasını da təklif edib. O, bu təcrübənin qonşu Rusiyada da olduğunu vurğulayıb.