Avstraliyada akulanın hücum etdiyi şəxs öldü
Avstraliyanın şimal-şərqindəki Kvinslend ştatında şəxs akula hücumundan sonra həyatını itirib.
Adalet.az-ın məlumatına görə, 33 yaşlı şəxs qayıqda istirahət edərkən akulanın hücumuna məruz qalıb.
Çoxsaylı yaralarla xəstəxanaya çatdırıldıqdan sonra o, qanitirmə nəticəsində vəfat edib.
Qeyd olunur ki, bu, sentyabr ayından bugünədək həmin bölgədə qeydə alınmış 3-cü akula hücumudur.
Digər Xəbərlər
24 Aprel 2024 20:46