YUXUMDA GÖRDÜYÜM SURXAY ƏLİBƏYLİ - FAİQ QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
51664 | 2018-11-07 10:18

... Dünya belədi:bir gün gələn, bir gün getməlidi. Uzun müddət dostluq elədiyimiz, duz-çörək kəsdiyimizvə bir yerdə işlədiyimiz istedadlı publisist Surxay Əlibəyli noyabrın 5-dəAllahın dərgahına qovuşdu. Badamdar qəbiristanlığında dəfn olundu. Havanın daüzü bir az dönmüşdü. Üzü dönən hava elə bil ki, Surxayın yoxluğuna bir göz yaşıtökürdü. Surxay çox sadə adam idi: necə vardısa elə də görünürdü. Biz onu əvvəlgünlərdə nətəri tanımışdıqsa, son ana qədər də o səmimiyyətini, mehribanlığınıqoruyub saxlaya bildi.

Tez-tez telefon əlaqəsiyaradırdım. Bəzən elə olurdu ki, cavab vermirdi, oğlu istedadlı jurnalistAltaya zəng çalırdım. Altay da deyirdi ki, bir az babatdı. Amma bir saat keçmişgörürdüm Surxay özü mənə zəng vurub.Axırıncı telefon danışığımız isə bir həftə bundan əvvəl baş tutmuşdu. Yenə zəngiməcavab vermədi, bir saatdan sonra ondan zəng gəldi:

- Mənə zəng eləmisən?Ağrıyırdım telefonu qaldırmadım. Gördüm ki,sənsən, ürəyim dözmədi zəng elədim.

Gördüm ki, onunsəsi də, ovqatı da tam dəyişib. Yəni səsdəki işıq və sevgi sanki sönüb:

- Ay Surxay, zəngeləmişdim ki, görüm nətərsən?

- Nətəri olacam,çox pis. Ağrıdan tərpənə bilmirəm. Bəs sən nətərsən?

- Vallah, mən dəsəndən bir az babatam. Amma darıxma, hər şey yaxşı olacaq.

...Hiss eləyirdim ki, çox darıxır. Hara darıxır, niyə darıxır, bax onu bilmirdim.Amma bir onu bilirdim ki, Surxay Əlibəyli Azərbaycan jurnalistikasında vəpublisistikasında öz möhürünü vurmuş yazarlardandı. Çoxlu sayda publisistyazıları və məqalələri çap olunub. Surxay heç bir şeydən gözəl yazı yazmağıbacaran qələm sahibi idi.

Onunölüm xəbərini də noyabrın 5-də səhər saatlarında qəzetimizin baş redaktorununbirinci müavini Əbülfət Mədətoğlu bizə dedi. Xəbərdən çox sarsıldıq və hamımızüzüldük. Başqa cür də ola bilməzdi. Surxay dünyasını dəyişmişdisə, deməli,payız artıq öz işi görmüşdü. Düzdü, payız köç fəslidi və mənim də doğmalarımın,dostlarımın çoxu elə bu payız fəslində Allahın dərgahına qovuşub.


SurxayƏlibəyli öz ömrünü yaşadı və izini qoyub getdi. Onun çox istedadlı və savadlıoğlu var - telejurnalist Altay Əliyev. Hər halda, Surxayın oğlu Altay atasınınyolunu davam etdirməyi bacaracaq. Və Altay nəinki ölkəmizdə, həm də öz işininpeşəkarı kimi xarici ölkələrdə də tanınır. Mən Surxay barəsində 2018-ci ilinfevralında "Yuxumda gördüyüm Surxay Əlibəyli" sərlövhəli yazı qələməalmışam. Nə qədər yaxşı yazı yazsam da, həmin yazının təravətini verə bilməz.Ona görə də bu yazını oxucuların diqqətinə təqdim edirəm və deyirəm ki, SurxayƏlibəyli, Allah məzarını nurla doldursun! Bu dünyada Ağdama gedə bilmədin, heçolmasa indi Ağdama yolun düşər!

***

...Mən yuxulara çox vaxt inanmıram. Və yuxu yozmaqla bağlı da elə bir istedadımyoxdur. Çünki yuxu yozmaq elə özü də bir elmdir. Allah-Təala peyğəmbərlərin arasındaYusif peyğəmbərə yuxu yozmaq elmini də öyrətmişdi. Və Yusif peyğəmbər də hərhansı yuxunu çox dəqiq yozub, gələcəyi olduğu kimi görə bilirdi. Mənə qalandaisə hər yuxu görəndə əlləşə-əlləşə qalıram. Düşünürəm ki, heç olmasa gördüyümyuxudan ziyan tapmayım. Rəhmətlik Telli nənəm deyərdi ki, bala, pis yuxu görəndəbaşqasına danışmayın, gedin suya danışın. Danışdığınız o su da pis nə varsa,hamısını yuyub aparacaq, sizi aydınlığa çıxaracaq və pis şey sizin qarşınızaçıxmayacaq...

...Bir neçə gün bundan əvvəl isə yuxumda Surxay Əlibəylini görmüşəm, O Surxay ki,bir vaxtlar bizim qəzetimizdə işləyib və istedadlı publisist kimi gözəl yazılarqələmə alıb. Surxayın bir istedadı da ondan ibarətdir ki, heç bir şeydənmaraqlı yazı yazmağı bacaran jurnalistdi. Və o, zamanında istedadlıpublisist-jurnalist kimi özünü təsdiq etməyi bacarıb. Bir-birindən rəngarəngkitablar və publisist yazılar qələmə alıb. Bütün bunlar təbii ki, onu mətbuattarixində yaşadan məqamlar, anlardı...

İndiqayıdaq onun mənim yuxuma girməyinə. Sözün düzü, yuxuma çox xəstə durumda gəlmişdi.Gördüm ki, nə sual verirəm susur və əlini yelləyib deyir ki, əşi, siz nəetibarsız adamlarmışsınız. Eləbeləcə çəkilib gedir və dönüb geri də baxmır...

... Surxay Əlibəylininsəhhətində bir ilə yaxındır ki, müəyyən problemlər var. Ümumiyyətlə, indi eləbir adam yoxdur ki, ağrayıb-acımasın. Səhv eləmirəmsə, onun da yaşı 70-ə çatıb.70 yaşında da adamın ağrıyıb-acıması normal haldı. Amma 70 yaşında adamınyaxınları, doğmaları, dostları tərəfindən unudulması və yaddan çıxması o adamayəqin ki, psi təsir eləyər. Və Surxaya da belə anlar darıxdırıcı məqamlar gətirir...

... Onu hamıaçıq ürəkli, səmimi insan kimi tanıyır. Çünki bir tikəsini üç-dörd yerə bölməyibacaran adamdı. Elə mən də Surxayı belə ürək sahibi kimi tanımışam. Bir müddətbayaq dediyim kimi, bizim qəzetdə işləyib, hətta 1995-ci ildə Milli Məclisəseçkilər vaxtı Aqil Abbasın Bərdə və Ağcabədi rayonlarında təbliğat işləriylə dəməşğul olub. Onda bizim hamımız tez-tez həmin rayona gedər, görüşlərdə iştirakedər və seçicilər arasında təbliğat işləri aparırdıq. Surxayın isə burayonlarda hörməti daha çox idi. Onunla bir yerdə təbliğat işlərində rəhmətlikMayıl Cəbrayılov və Lətif Süleymanlı olardılar. Bir dəfə də gedib çıxırlar BərdəninŞərəfxanlı kəndinə, orda da başlayırlar Aqil Abbasdan danışmağa. O qədərdanışırlar, danışırlar, axırda bir nəfər seçici deyir ki, qardaşlar, axı biz tərəfdənamizəd başqa adamdı. Aqil müəllim qonşu kənddən namizədliyini verib. O dəqiqədostlarımız anlayırlar ki, kəndi səhv salıblar və başqa kəndə getməlidilər.Amma həmin kəndin adamları da onları rahatlıqla buraxmır. Deyirlər ki, gedibfilan yeməkxanada bir tikə çörək kəsəcəyik, sonra sizi yola salacağıq.Aparırlar onları yeməkxanaya, doyunca hinduşqa kababı çəkirlər və dostlarımızda möhkəm yeyib-içib kefikök başqa kəndə gedirlər...

Surxay vaxtındaimkanlı adam olub. Deyilənlərə görə, Ağdamda parkın direktoru işləyirmiş.Yanına gələn heç bir qonağı yeyib-içmədən yola salmazmış. Yəni kimsə onunqapısını açarmışsa, yanına gedərmişsə, mutləq Surxay ona səhər xaş, günortahinduşqa kababı, axşam da bozbaş verdirərmiş. Bax, Surxay Əlibyəli belə çörəkverən,diqqətcil adam olub.

Stolun arxasındaəyləşər, qabağına toyuq soyutması və 200 qram da araq qoyardı. O, toyuqdan cəmibircə qanadını yeyərdi. Qalanını ətrafdakı dostlarına verərdi. Düzdü, onlara dayemək gətizdirərdi. Amma o görərdi ki, dostları öz payını yeyəndən sonra yenəgözlərini həmin toyuq soyutmasına zilləyib. Və o da boşqab qarışıq toyuqsoyutmasını onların qabağına itələyərdi. Dönüb heç vaxt baxmazdı ki, bunun qismətinidostları niyə yeyir? Əksinə, "halal xoşunuz olsun" deyib sakitcə birtoyuq qanadıyla o 200 qramı bala-bala "vurardı".

Bu yaxınlarda"Azərbaycan" nəşriyyatının qarşısında onunla uzun müddət dostluq eləmiştanınmış publisist-jurnalist Salman Aloğluyla görüşdük. Bir daha Surxayı yadasaldıq. Birdən elə bilərsiniz Surxaya nəsə bir şey olub?! Sadəcə olaraq, birbalaca xəstəlik keçirib, evdə müalicə olunur.

Onu yuxumda görməyimdə çox qəribəydi. Və yuxudan qalxandan sonra həmin gün özümə gələ bilmədim.Gördüm ki, içi mən qarışıq bütün dostlarından inciyib, küsüb. Həmin günü zəngeləyə bilmədim. Daha doğrusu, mobil telefonunu tapmadım. Fevralın 11-də axşamvaxtı zəng elədim. Dəfələrlə telefonun çağırmasına baxmayaraq, onu açmadı. Amma5-10 dəqiqə keçmiş gördüm ki, həmin nömrədən mənə zəng gəldi. Telefonu açdım,Surxayın xırıltılı səsi gəldi. O dəqiqə məni tanıdı. O dəqiqə gördüm ki, həyəcanlanır.Bir-iki söz deyib kövrəldi. Sonra da dilləndi:

- Məəttəlqalmışam ki, nə yaxşı məni yada salmısan. Deməli, hələ yaddan çıxmamışam. Səhhətimdə pis deyil. Düzdür, özümü narahat hiss eləyirəm. Həmişə "Azərbaycan"nəşriyyatına getmişəm. Amma indi tay gedə bilmirəm. Sağlamlığım imkan vermir .dostluq elədiyim, tonlarla çörək kəsdiyim adamların heç birindən səs-səmir gəlmir.Allah hamısının işini avand eləsin, canlarını sağ eləsin!..

Bu sözləri deyəndənsonra o bir qədər də kövrəlir. Ancaq kövrəlməyə qoymuram. Görürəm ki, mənimlədanışanda özü və səsi bir az da yorulur. Bir az ümid, bir az həyat eşqi, bir azda gələcəyə olan sevgi duyğuları aşılayaraq ona can sağlığı arzulayıram. Vətezliklə görüşəcəyimizi deyib telefonu bağlayıram...

Biz insanlar ürəkağrısıilə deyim ki, çətin və ağır gündə bir-birimizi arayıb-axtarmırıq. Evinə getməsəkdə, bir şey alıb qapısını döyməsək də, heç olmasa bu xəstə anlarda, ağır məqamlardatonlarla çörək kəsdiyimiz, dostluq və yoldaşlıq elədiyimiz adamlara bir telefonzəngini də çox görürük. Biz hər şeydən uzaqlaşa-uzaqlaşa doğmaları, yaxınları,hətta ömrünün son anlarını yaşayan insanları yaddan çıxarırıq. Və düşünmürükki, biz onları yaddan çıxarırıqsa, xatırlamırıqsa, bir gün gələcək biz dəyorğan-döşəyə düşəndə, xəstə olanda heç kimsə bizi arayıb-axtarmayacaq. Bax,onda Ramiz Rövşən demişkən, gözlərimiz də böyüyəcək...

Surxay Əlibəylininçox istedadlı və qabiliyyətli oğlu var. Tanınmış idman telejurnalisti AltayƏliyev. Altay o jurnalistlərdəndir ki, öz adını Azərbaycanın mətbuat tarixinəyazıb. Xüsusən də futbol reportajlarını gənclər arasında onun kimi gözəl aparanvə şərh verən ikinci bir idman şərhçisi tanımıram. Altayın danışığında həmdinamıka var, həm ritm var, həm də futbola gözəl bir sevgi hiss olunur. O hərhansı zəif futbolu da elə gözəl şərh edir ki, tamaşaçı axıra qədər futbolabaxmağa məcbur olur. Düzdür, indi o, idman jurnalistikasından bir qədəruzaqlaşıb. Amma onun idman jurnalistikasından uzaqlaşması bizim müasir idmanjurnalistikasına hər halda xeyir gətirməyib.

Bizim kənddəvaxtilə çox imkanlı bir ailə olub. Onların övladlarının hamısı vəzifə başında əyləşib.Böyük qardaş Mansur kişi isə uzun müddət kənddə kolxoz sədri işləyib. Və həmişədə vəzifəsinə görə sayılıb-seçilib. Bir dəfə elə olub ki, kimsə ondan soruşurki, bəs sən "naçalnik qai" Sabirin qardaşısan? Mansur kişi bundan əsəbləşibdeyib ki, yox, Sabir mənim qardaşımdı...

Bu məsəli onagörə xatırlayırıq ki, bir vaxtlar Altaya deyirdilər ki, Surxay Əlibəylininoğludu. Və bundan da Surxay qürur duyurdu. Bu gün də deyirlər ki, Altayın atasıSurxay. Yəni çoxları Surxaya Altayın atası kimi hörmət bəsləyir. Surxay bundanyenə qürur duyur və sevinir...

Bütün insanlarınsevinməsini, fərəhlənməsini arzulayırıq. Kimsə xəstələnirsə, yatağa düşürsə,tezliklə ayağa qalxmasına və şəfa tapmasına Allah-Təala kömək eləyir.İndiSurxay qardaşımız da bir balaca yatağa düşüb. Onu da inşallah Allah-Təala o xəstəlikdən,o çətinlikdən xilas edər. Və buna qədər isə onunla tonlarla çörək kəsən,yeyib-içən insanların bir quru zəngi lazımdı.

İnanın, xəstəadama bu zəngdən, bu diqqətdən böyük şəfa ola bilməz. Ki, heç kim bilmir sabahonun başına hansı bir faciə, hadisə gələ bilər. Əgər biz hamımız insanıqsa,yaşayırıqsa, deməli, biz də xəstələnə bilər və Surxay kimi dostların yadındançıxarıq. Gəlin, heç kimi yaddan çıxarmayaq. Çörək kəsdiyimiz, dost dediyimizadamları çətin anda, çətin məqamda axtaraq. Və biz onları axtarsaq, heç xəncərimizində qaşı düşən deyil...


TƏQVİM / ARXİV