adalet.az header logo
  • Bakı 6°C
06 Noyabr 2018 18:18
12557
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: QƏDƏR...






















Vallah, gizlinim yox , gizlənməyim yox
Bəxtimdən qaçacam mən , hara qədər?
Vallah, dünya boyda və hamıdan çox -
Mən sevdim , bəs sevdin sən hara qədər?

Yeridim , yüyürdüm , durdum və baxdım...
Amma yarımadı nə mən , nə baxdım?!
Könlümü üzük tək könlünə taxdım -
Uzatdım əlimi mən yara qədər!

Gecəyə - cündüzə ruhum şam oldu,
Sevincim görüntü - qəmim tam oldu!
Könlümün umduğu vüsal - kam oldu -
Ağrısın duymadın sən , yara qədər!..

Acını acıma qatıb bal etdim
Dişləyib dilimi susdum - lal etdim!..
Canı heydən saldım , saçı çal etdim -
Ömrümün mənası sən - Vara qədər!

Hansı qanunlasa - sevgim , yasaqsan!
Bütün fəsillərdə qarsan , sazaqsan...
Özün də bilirsən mənə uzaqsan -
Gözdən qaşa olan sən , ara qədər!..