adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ŞƏHƏRiN POLiS ŞEFi MƏLUM OLDU

AQİL ABBAS
32660 | 2007-11-13 05:57
Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Bakı şəhərinə yeni polis şefi təyin edilib. Bu uzun illərdən bəri öz yaxşı xidməti və peşəkarlığı ilə seçilən, həmkarları və ictimaiyyət arasında müsbət dəyərləndirilən polis polkovniki Rafiq Abbasovdur. Lənkəran və Zaqatala rayon polis şöbələrinin rəisi, sonuncu iş yeri yəni DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində göstərdiyi müsbət keyfiyyətlər, onun ölkənin paytaxtında üzərinə düşən vəzifəni də şərəflə yerinə yetirəcəyinə heç bir şübhə yeri qoymur.
   
   Rafiq Abbasov həm Zaqatala və Lənkəranda, həm də DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində rəis vəzifələrini icra edərkən dövlətçiliyə, qanunlara və öz peşəsinə olan böyük sayqısı, əzimkarlığını, həmçinin bir polis zabiti olaraq məsuliyyətini çox yüksək qiymətləndirmiş və elə buna görədir ki, təkcə bu gün respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxtda insan aleverinə qarşı aparılan məqsədyönlü mübarizədə onun da məlum xidmətləri olmuşdu. Etiraf etmək lazımdır ki, polkovnik Rafiq Abbasovun rəhbərliyi altında demək olar ki, mütamadi olaraq müxtəlif ünvanlarda insan alveri ilə məşğul olan ayrı-ayrı qruplar tutulub ifşa edilirdi. Bu da onu göstərir ki, idarə rəisi onun qarşısında qoyulan və üzərinə düşən şərəfli vəzifəni çox peşəkarlıqla dəyərləndirmiş və öhdəsindən gəlmişdi.
   
   Artıq paytaxt polisinə rəhbərliyə başlamış Rafiq Abbasovun ona göstrilmiş yüksək etimadı, yəni ölkə prezidentinin, DİN-in və ən öncəsi isə şəhər sakinlərinin ona olan böyük ümidlərini doğruldacağına inanırıq. Və "Ədalət" qəzeti olaraq Rafiq Abbasovu yeni təyinatı münasibəti ilə təbrik edir, ona bu şərəfli və məsuliyyətli vəzifəsində uğurlar arzulayırıq. İnanırıq ki, onun rəhbərliyi altında paytaxt polisi hər birimizin əmin-amanlığını və şəhərimizdəki sabitliyi qoruyacaq və Bakı polisinin nüfuzunu daha da artıracaqdı.
   
   Hörmətli Rafiq müəllim! Bir daha sizi Bakı Şəhər Baş Polisi İdarəsinin rəisi vəzifəsinə təyin olunmağınız münasibəti ilə ürəkdən təbrik edirik.
   
   

TƏQVİM / ARXİV