adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Noyabr 2018 10:25
9960
DÜNYA
A- A+

Tramp-Putin görüşü baş tutmayacaq

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Parisdə noybarın 11-də gözlənilən təkbətək görüş baş tutmayacaq.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə həm Trampın, həm də Kremlin açıqlamalarında deyilir.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov iki liderin ayaqüstü danışıqlar aparacağını istisna etməyib.

"Parisdə çox güman ki, görüş baş tutmayacaq. Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirin qrafiki bu görüşü keçirməyə imkan vermir”.

Peskov görüşün Vaşinqton və Moskva arasında fikir ayrılıqlarına görə ləğv olunduğunu təkzib edib.

Xatırladaq ki, bundan əvvəl, hər iki ölkənin rəsmiləri Putinlə Trampın Parisdə görüşəcəyini bildirirdi.(modern.az)