ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İRADƏDƏN TƏSƏVVÜRƏ

7682    |   2018-11-06 00:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Çılğın - nəzarətsiz rakurslarla ayaq basdığımız iyirmi birinci əsrdə - cəmiyyətlərin böyük dəyişikliklərlə üz-üzə olduğu vaxtda İRADƏ və TƏSƏVVÜR olan dünya hər kəsdən böyük bir problemin qoyuluşu və həlli istiqamətində ortaq təcəlladan keçmək bacarığı tələb edir. Tədqiqatçı alimlərin, yazıçı və şairlərin xüsusilə örnək məna kimi qavradıqları bu ALİ KATEQORİYALAR zaman-zaman müxtəlif səbəblərdən bir sıra çəkişmələrə, yanlış etiqadlara ünvan verib. Dahi alman filosofu A. Şopenhauerin yaradıcılığında da hər iki aləm - dünyanın sadə təsəvvür və iradədən ibarət olması, eyni zamanda, iradə dünyanın təsəvvür dünyadan üstünlüyü aydın şəkildə izah olunmuşdur. Buna uyğun olaraq Şopenhauer təsəvvür dünyanı həm bütövlükdə, həm də hissə-hissə iradənin obyektliyi adlandırır və bu o mənanı verir ki, iradə obyektə, yəni təsəvvürə dönmüşdür...
Şopenhauer "Transendent immanentlik var, yerüstü yüksəklik var - səmasız, idrakın səmimi vəcdi var..." deməklə iradə və təsəvvür anlayışlarına mifik deyil, real aspektdən yanaşmağı vacib bilib. Bəlkə də bu iradi keyfiyyətləri ruhsal quruluşda çözə bildiyi üçün istedadlı şair Göyərçin Kərimi Şopenhauerin fəlsəfəsini tərənnüm etmək fikrinə düşüb. Biz onun 2018-ci ildə "Çaşıoğlu" nəşriyyatında nəfis tərtibatda işıq üzü görmüş "Dünya iradə və təsəvvür kimi" kitabında bu cəhdi aşkar görür, müəllifin "Transendent immanentlikdən yerüstü yüksəkliklərə qədər uzanan idrakının səmimi vəcdinə" şahid oluruq. Kitab böyük Almaniyanı, alman xalqını fövqəladə məhəbbətlə sevən, Şopenhauerin fəlsəfəsindən xoşbəxtlik sevinci əxz edən Göyərçin xanımın bir növ, fəlsəfi - poetik tədqiqat işidir. Ən əsası, kitabda insan, təkcə obraz olaraq deyil, maddi və mənəvi zərurət kimi məna tapır deyə, diqqətimizi özünə daha çox çəkmək imkanı qazanır. "Dünya iradə və təsəvvür kimi" kitabında İRADƏ və TƏSƏVVÜR anlayışları poetik zəminlidir; müəllif idrakda təcəlla edən polifonik gerçəkləri öz könül dünyasının effekti kimi səciyyələndirib, oxucuda bu anlayışlar barədə yetkin fikir formalaşdırıb...
Əslində, iradə fərdin idrak sferasına aid olmayan transendental qavrayış, təsəvvür isə subyektin obyekti kimi nəzərdən keçirilir. Göyərçin Kərimi sürreal uydurmalardan kənar fəhmləri bu mental məxsusluğa sığışdırmaqla öz iç aləmində şüurüstü - paradoksal uyğunluq kəsb edən bənzərsizliyə parıltı verib. Kitabda görünən sanbal, poetik miqdar, fəlsəfi gedişat bu barədə xüsusi düşünməyə əsas verir...
Dedik ki, İRADƏ və TƏSƏVVÜR anlayışlarına Göyərçin xanımın öz fəlsəfi yanaşma tərzi var. Bunu misraların poetik ovqatı ilə də sübuta yetirə bilərik:

...Bir gün iradə də yorula bilər,
Hisslər ödənilməz, pozular həyat...

***
İradə yaşamaq ehtirasıdır...
...Böyük həqiqətin ehtivasıdır...

***
"Sevgi gözdə olur" deyirlər, lakin
Sevginin ünvanı məsafəsizdir.

***
Xoşbəxtlik arzuya çatmaqda deyil,
Bəlkə də, arzuya gedən yoldadır.
Zövqün təməlidir arzu elə bil,
Ürəklə birləşib ağlı aldadır...

və s.
Bu misralarda ideoloji fakt və zəminlər İRADƏNİ ehtiva edən zəka tərpənişləridir. Göyərçin xanım bu siqlətin ehtivasını "SEVMƏK" kodeksi ilə cilalayıb. Görünür, İndira Qandinin: "Ən böyük zərurət insanları sevməkdir" fikri də belə bir təməldən qaynaqlanır. İnsan "Sevmək" anlayışındakı təlatümlərdən təsəvvürün xassə və xüsusiyyətlərini tam sezə bilmir. Buna görə Göyərçin Kərimi sevgidə yanlışlıqlar yaradan məqamları eyham şəklində bizə çatdırır...
Bilirik ki, nəfsin hakim olduğu cəmiyyətlərdə iradənin özünüdərki ikinci dərəcəli məsələdir. Həm də inanmağımız gəlmir ki, bu məsələnin fəzasında İRADƏ TƏSƏVVÜRLƏ NƏFS arasında dəqiq sərhəd qoya bilsin. Göyərçin xanımın eyhamı da bu formal prosedurlara işarə vurur...
Biz, nədənsə, çox vaxt intellektual səviyyənin yüksəlməsi üçün fiziki və emosional imkanların enməsi məsələsində qərarlıyıq. Əslində, əbədi olan iradə özündən başlayan bütün cığırlarda düzgün, yaxud düzgün olmayan hər hansı nöqteyi-nəzərdən asılı olmayaraq təsəvvürdə keçicidir... Göyərçin xanım isə İRADƏ və TƏSƏVVÜRdə polifonik xassə kimi görünən meyllərə yox, ideal faktor kimi qabaran cəhətlərə istinad etdiyi üçün oxucu olaraq bizi öz fəlsəfi düşüncəsinə inandıra bilir. Və aşkar görürük ki, İRADƏ, özgə səadətinə zor etməyəcək qədər özünü inkar etməyi bacarmalıdır. Bu mənada, iradəyə xidmət edən idrak sahibləri ödənilən-ödənilməyən arzuların axınında əzaba məhkumdur. Və əgər 54 il Fransanın kralı olmuş on dördüncü Lüdovik: "Dövlət Mənəm!!!" deyibsə, bu da o mənaya gəlir ki, İRADƏ təsəvvürdəki mahiyyətini qoruyub saxlayıb. Yaxud da, bir insanın vətəndaş səviyyəsi emosional səviyyəsindən aşağıdırsa, bu zaman zehni inkişaf dayanır. Burada TƏSƏVVÜR öz məğzini sosial ünsürə çevirmək məcburiyyətindədir; çünki insan sosial mahiyyət daşıyır, onun həyat təminatı potensial bacarığı ilə bərabər nisbətdə olmalıdır.

Təcrübi faydası zəif olsa da,
Məntiqin inkarı düz fikir deyil.

***
Ağaca bənzəyir filosof ömrü...

***
Fəlsəfə çoxbaşlı əjdaha kimi,
Qarşıda dursa da, daim yenidirg

və s.
Bəllidir ki, dünya yaranandan insanlar "təbəqələşmə" və "cəbhələşmə" anlayışlarına ciddi meyl edirlər. Bu cəhd həyatın dəyərlər sistemini pozur. Nəticədə, insan öz mahiyyətinə vara bilmir, təbiətə və cəmiyyətə qarşı etinasız olur. Belə deyək, insan təbiətlə təmasda öz "təcrübi faydası"ndan yararlana bilmir, bəzən həqiqətin özünü belə inkar etməyə məcbur qalır. Bu da İRADƏ seqmentinin dərəcə bucaqlarının yer dəyişməsinə səbəb yaradır.
"Dünya iradə və təsəvvür kimi" kitabından belə bir məntiq anlaşılır ki, İRADƏ ruhsal tərpənişdir; TƏSƏVVÜR müxtəlif münasibətlərlə əlaqə və keçiddə emosional təsiri artırırsa, bəşəri düşüncə İlahi sevgini müqəddəs məcradan çıxarır, onu adi hissə - ehtirasa çevirir. Şopenhauerin dediyi İRADƏ bir növ, sevgi olaraq ilahi anlamdadır, TƏSƏVVÜRdə isə o, şəhvət qutusuna salınır, əsl mahiyyət itir və bu, nəticə etibarilə yanlış etiqada zəmin yaradır. Məhz obrazlarına bu prizmadan nüfuz edən Göyərçin xanımın qənaətində insan zəkası ilahi parametrləri sistemə salmaqda, dünyanı sona kimi dərk etməkdə acizdir.
Bəlkə də, təbiət, Şopenhauerin təbirincə desək, sadəcə, öz sirrini açmaq istəmir.
Böyük Ruminin fikrinə görə, "sevgi və kimsənin halına acıma insanlıq vəsfidir; hiddət və şəhvət isə heyvanlıq". Bəzən yanlış iradədən doğan təsəvvür diqqəti ehtirasdan doğan çirkin niyyətlərə yönəldir. Açığı, Göyərçin Kəriminin kitab boyu açmaq istədiyi mənalardan biri də məhz budur.

(ardı gələn sayımızda)



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK