ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Ucalığa aparan yollar

1300    |   2018-11-06 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəlaləddin Budatoğlu - 65

(Şair Cəlaləddin Budatoğlu ilə "atüstü" söhbət)

(əvvəli ötən saylarımızda)

Bu gün ədəbi-tənqid öz simasını itirib, belə desək plastik əməliyyatlara məruz qalıb. Elmi-əsaslı təhlil və tənqid yoxdur. Yalnız tərifdən və mədhiyyədən ibarət olan yazıları oxuduqca, düşünürsən,əcaba 5-10 manat pula və ya bir yemək-içməyə görə şeiri, poeziyanı, ədəbiyyatı bu günəmi salmaqmı olar? Sovet dönəminin repressiya illərində ədəbi tənqidlə yanaşı ədəbi avantürizm də inkişaf etmişdi. Bu gün tənqiddən uzaq mədhiyyələr ədəbi avantürizmin bir növü hesab oluna bilər.
- Əyalət ədəbiyyatı haqqında fikirləriniz maraqlı olardı.
- Ədəbiyyatın əyaləti, mərkəzi olmur. Ədəbiyyat ümumi Azərbaycan ədəbiyyatıdır. İstər mərkəzdə olsun, istər bölgələrdə, əyalətdə. Harda ədəbi mühit varsa orda ədəbiyyat var. Mərkəzdə oturub mövcud imkanlardan yararlananlar əyalətə yuxarıdan aşağı baxırlar. Ədəbiyyat beş-on nəfər kimlərdənsə ibarət dəstə, qrup deyil, bölgələrə gələndə keçib yuxarı başda oturmaq, bu mərkəzdən gəlib deyə onun qələminə verilən qiymət deyil, qonaq kimi qəbul edilməsidir. Çox çap olunmaqla, çox kitabları tirajlanmaqla şair, yazıçı olmur. Şeir, əsər, yaddaqalan obrazlar xalqın həyatını, zamanı əks etdirmirsə romantik düşüncələr,xəyali quş uçurmalarının heç kəsə faydası yoxdur. Amma bunlar mənim isti aşıma su tökmürsə qoy qalsın, yaşasın, inkişaf etsin. Lakin məni soyuq duşa tutursa mənəvi aşınmaya aparırsa qarşısı alınmalıdır. Ədəbiyyatın döyüş ruhu olmalıdır.
- Ədəbiyyatda Qarabağ problemi ilə bağlı dərdimizin işıqlandırılmasını necə görürüsünüz ?
- Azərbaycan xalqı şair xalqdır deyənlər yanlışlığa yol verirlər. Şair xalqdan nə gözləmək olar: kamil əsərlər, poeziya, incəsənət, humanizm. Amma bizə arada döyüşmək də lazımdır. Bu xalq Babək, Koroğlu ruhlu xalqdır. Sazla,sözlə,qılıncla vəhdəti olan və bu ruhu özündə yaşadan xalqdır. Ola bilməz ki, biz itirdiklərimizi geri qaytarmayaq. Hər şeyin zamana ehtiyacı var. Zəngilanda, Qubadlıda və başqa döyüş bölgələrində olmuşam. Ordu yox idi,müxtəlif dəstələr müxtəlif adamlara tabe idi. Onların isə təhlükəli ambisiyaları var idi. Qarışıqlıq və intizamsızlığa baxmayaraq təki hakimiyyətdə olsunlar, Şuşanı, Qarabağı sonra da almaq olar, - deyirdilər, imperiyadan yenicə qopmuş, azadlıq və istiqlaliyyət arzuları ilə küçələrə, meydanlara axışan xalqın mənəviyyatına sağalmaz yara vurdular. Mənəvi məsuliyyət deyilən cəza növü yoxdur. Minlərlə gənc öldürüldü. Şəhid olan minlərlə mülki şəxs amansız işğəncələrə məruz qaldı, Şuşa, Xocalı qətliamları törədildi. Lakin heç kim cinayət məsuliyyətinə cəlb olunmadı. Heç kim Vətən torpaqlarının itirilməsində günahkar sayılmadı. Bu nə deməkdi. Bu gün nə haqla tele-tebatlara çıxıb qırmızı-qırmızı yalanlar uydururlar. Müxalifət olaraq 30 ilə yaxındır ki, öz aralarında milli birliyə, milli məfkurə ətrafında birləşə bilmirlərsə onlar ölkəni idarə edə biləcək, ümumi azərbaycançılıq ideologiyasının daşıyıcıları ola bilərmi ? Pafoslu sözlər, şablon şüarlar kimə lazımdır. Mənəvi məsuliyyət qınaq deməkdir. Kiminsə günahı,məsuliyyətsizliyi üzündən günahsız insanlar qırılırsa, torpaqlar işğal olunursa bu xəyanətdir. Vətənə, xalqa xəyanətdir. Bunun çox ağır cəzası olmalıdır.
- Alın yazısına inanırsınızmı?
- Alın yazısı var, buna inanıram. Həyatımda elə hadisələr baş verib ki, mən onları sadalasam kimə isə inandırısı görünməyə bilər. Ancaq bir həqiqəti deyəcəyəm. 1971-ci ilin avqust ayının 23-ü, ya da 24-ü olardı. Mən Bakı Dövlət Universitetində qəbul imtahanlarını verib nəticəni gözləyirdim. Bakını tanımırdım. İndiki Nizami küçəsi ilə fəvvarələr bağına tərəf gedirdim. O zaman "Vətən" kinoteatrı deyilən binanın səkisində adamlar toplaşmışdı. Mən onlara yaxınlaşanda gördüm ki, ortada bir nəfər sol əlində bülbülə oxşar canlı bir quş, sağ əlində papiros bükümləri kimi kağızlar tutub. Quşu tərpədən kimi bükülüb kağızlardan birini dimdiyi ilə çıxardır. Həmin kağızlarda insan taleyindən xəbər yazılmışdı. Yazı rus dilində idi. 1 rubl sovet pulu verib quşun dimdiyindən bir kağız aldım. Dar, uzun kağız idi. Rus dilini bilmədiyim üçün onlarda nə yazıldığını bilmirdim. Sonra Sabir bağına getdim. Orda məşhur çayxana var idi. İri nazik stəkanlarda çay verirdilər. Mənimlə üzbəüz təxminən 25-30 yaşlarında bir gənc oğlan əyləşmişdi. O məndən hara imtahan verdiyimi soruşdu. Mən Bakı Dövlət Universitetinə girmək istədiyimi, iki "beş" , bir "dörd" aldığımı bildirdim. Gənc oğlan məni təbrik etdi. Cəsarətlənib ondan həmin kağızı tərcümə etməyini xahiş etdim. O dedi ki, bu kağızda sənin gələcək həyatının milislə bağlı olacağı barədə yazılıb. Mənim inanmağım gəlmirdi. Doğrudan həmin il mən Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. 10 ildən sonra, 1981-ci ildən daxili işlər orqanlarına isə girdim, həyatım və taleyim doğrudan da milislə, indiki halda polislə bağlı oldu. Bu alın yazısı deyilsə,bəs nədir? daha bir neçə misal çəkə bilərəm ki, bu dünyada heç nə təsadüfi deyildir.
- Bu günkü azərbaycan ədəbi mühiti haqqında deyəcəkləriniz.
- Bu gün ədəbiyyat elm və texnologiyanın sürətli inkişafından geri qalır, desək səhv etmərik. Bəlkə də bu təbiidir. Çünki ədəbiyyat düşüncə məhsuludur. Birincisi baş verənlər təfəkkürün süzgəcindən keçməli,dərk olunmalı,müsbət və ya mənfi emosiyalar doğurmalıdır ki, yaradıcı insana stimul versin. Yuxarıda qeyd etdiyim kimi 60-90 -cı illər ədəbiyyatı deyəndə Sovet dönəminin 5 illik, 10 illik plan öhdəliklərini xatırlayırsan. İqtisadiyyatın plan öhdəlikləri ədəbiyyata da siyarət etmişdi. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Musa Yaqub, Hüseyn Arif, Cabir Novruz, Nəbi Xəzri XX əsrin sayılıb seçilənləri idilər. Yaradıcılıqlarına hörmət etdiyimiz Ramiz Rövşən, Əli Kərim, novator şairlər-Vaqif Səmədoğlu fəlsəfi-lirik şair olaraq, Ələkbər Salahzadə Rəsul Rza məktəbinin davamçısı olaraq yaşamaq haqqı qazanmış şairlərimizdir.
XX əsrin sonralarında ədəbiyyata gəlmiş Ramiz Qusarçaylı bu gün daha öndə görünür. Onun fəlsəfi-lirik, ictimai mahiyyət kəsb edən yaradıcılığı oxucularda maraq doğurur. Quba ədəbi mühiti XX əsrin 80-ci illərindən formalaşmağa başlayıb. XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov Qubada "Gülüstan" ədəbi məclisi yaratmışdı. O məclisin üzvlərindən Hacı Qubalı, Baba Budugi, Xınalıqlı Emin və başqaları dövrün parlayan ulduzlarına çevrilə bilmədilər. "Gülsütan" ədəbi məclisi fasilələrlə davam edərək bu gün də fəaliyyətini davam edir. XX əsrin 80-ci illərində ədəbi mühitə yeni ədəbi qüvvələr gəldilər. Ramiz Qusarçaylı ilə birlikdə "Ay işığı" ədəbi məclisi təsis etdik. Bəxtiyar Ərşad, Zərifə Qasımova, Zakir Məmməd, İzmirağa Töhmərli, Məmməd Qədir, Aybəniz Əlyar, Rəhim Alxas bu ədəbi mühitə yeni nəfəs qatdılar. Bir daha deyirəm ki, bu mənim sübyektiv fikrimdir. Ədəbiyyatı mərkəzə və əyalətlərə bölmək başqa xalqlarda, eləcə də XIX əsrdən əvvəlki ədəbiyyat tariximizdə də olmayıb. Bu nəyə xidmət etməlidir ki, məkəzdə oturanlar indiyə qədər azərbaycanda hadisə sayılacaq hansi əsər ortaya qoyublar ki. Əksinə əyalət ədəbiyyatı bulaq suyu kimi saf,təmiz milli ruha və kökə bağlı,hər cür dedi-qodulardan uzaq ədəbiyyatdır. Araşdırmaçı,tədqiqatçı,ədəbi tənqid öz sözünü bu istiqamətdə deməli,həqiqi istedadları üzə çıxarmalıdır. Təəssüflər olsun ki, bu görünmür. Şeirin şablonunu əzbərləyib,heç bir məna və mahiyyət kəsb etməyən şairciklərin cızmaqaraları bəh-bəhlə,pafoslu şəkildə təriflənir,onlara "ön söz"lə, "son söz"lə möhür vurulur. İmzaya - bu pafosun müəllifinə baxıb düşünürsən-əcəba budurmu ədəbiyyatın, ədəbi sözün keşiyində duran adam alim, ədəbiyyatşünas.
Bu gün Musa Yaqub İsmayıllının Buynuz kəndində yaşayır, mərhum yazıçı, böyük romanlar müəllifi Yusif Hacıyevin İndira Qandiyə həsr olunmuş romanı hind oxucusunda maraq oyada bilib, ancaq Azərbaycan oxucusu onu tanımadı. Bu kimin günahıdır? Bəlkə buna görə Qusar rayonun Hil kəndindən kənara çıxmayıb. Onların yaradıcılığı əyalət ədəbiyyatıdırmı? Və yaxud vaxtilə Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, sonralar Səməd Vurğun, Mikayıl Müşfiq və bir çoxları əyalətdən Bakıya gəlmişdilər. Bu ilk baxışda insana adi görünə bilər. Lakin bu bölünməyə, parçalanmaya rəvac vermək qəbuledilməzdir. Bunu kim ortaya atıb təbliğ edirsə bu da ədəbi avantürizmdir. Belə adamlar həqiqi şair, yazıçı ola bilməzlər. Cılız, mərkəzçi xəstəliyinə tutulmuş adamlar həqiqəti qəbul etməzlər, dodaq büzərlər... Büzülmüş dodaqlar isə adamda ikrah hissi doğurur. Bəzən adama elə gəlir ki, biz təkcə Qarabağı itirməmişik, mənəviyyatımizi da zəbt ediblər, mənəvi dəyərlər aşağılanmaqla ayrı-ayrı adamların,qrupların,dəstələrin ambisiyalarından irəli gələn demokratiya və söz azadlığı adı altında anti-milli ünsürlərə sanki meydan açılıb. Hər şeyə qara eynəkdən baxıb qaralamaq,aşağılamaq və ya göylərə qaldırmaq,tərifləmək hər ikisi insanın naqisliyindən xəbər verir. Təfəkkürün zaman geriliyi və məkan daxilində tərs mütənasibliyi, şüurlarda anarxiya formalaşdırır.
- Cəlaləddin müəllim, Azərbaycan oxucusuna söyləməyə bir sözün varmı, həmkarlarına, xalqımıza nə arzulayardınız?
-0xucuları salamlayır,onlara sevgilərimi yollayıram. Şeirlərimlə sözümlə onlarla həmişə birgəyəm. Onlara xoşbəxtlik və mutluluq diləyirəm. Mən istərdim ki,doğma Qarabağımızı düşməndən geri alaq. Xalqımı həmişə üzügülər, firavan görüm:

Yolçu,yolda ayaq eylə,
Ayağını dayaq eylə.
Al bu daşı bayraq eylə,
Ardınca dağlar yerisin.

Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi:
Şixəmməd Seyidməmmədov, A.A.Bakıxanov adına "Gülüstan" elmi-ədəbi məclisin sədri,
AYB-nin və AJB-nin üzvü,"Araz" və"Qızıl qələm"
mükafatları laureatı.



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK