ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Xoşbəxtliyin ünvanı

1777    |   2018-11-06 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sumqayıt...

Müsahibim "Sumqayıt Dəmir-Beton -12" ATS cəmiyyətin sədri, "Tərəqqi" medallı Zahid Aslanovdur.

Epiloq əvəzi

İnsan ömrü yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu bir növ insanın özünə hesabatı olsa da, əslində cəmiyyət qarşısında hesabatdır. Bu hesabat birinə fərdi qürur verirsə, digərinə ictimai nüfuz qazandırır. Belə şəxslərdən biri də mənim otuz ildən artıq tanıdığım Zahid Aslanovdur.
Zahid müəllim öncə özünüz haqqında oxucularımıza məlumat versəydiniz yaxşı olardı.
-Mən 1947-ci ildə Qərbi Azərbaycanın Krosnoselski rayonunun Əmirxeyir kəndində anadan olmuşam. Orta məktəbdə oxuyarkən jurnalist olmaq istəyirdim. Rayonumuzda çıxan "Dostluq" qəzetinin standankənar müxbiri idim. Tale elə gətirdi ki, ömrümü, taleyimi başqa sənətə bağladım. 1971-ci ildə C.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib Sumqayıta gəldim. Sumqayıt bir növ hamının ümid şəhəri idi. Burada 12 saylı Dəmir-beton məmulatları zavodunda işə başladım və müxtəlif vəzifələrdə işlədim. 1982-ci ildə zavodun direktoru vəzifəsinə irəli çəkildim. Əmək kitabçamda bir ünvan var-12 saylı Dəmir-beton zavodu. Hazırda həmin zavodun bazasında yaradılmış "Sumqayıt Dəmir-beton -12" Açıq Tipli Səhmdar Cəmiyyətin İdarə heyətinin sədriyəm.
- Necə oldu ki, Sumqayıta gəldiniz?
-Ermənistanda Azərbaycan dilində Ali məktəb yox idi. Hamı oxumaq üçün Azərbaycana gəlirdi. O vaxt Sumqayıtın adı dillər əzbəri idi. Təzə şəhər idi. Müəssisələr çox idi. İşçi qüvvəsi lazım idi. Bayaq dediyim kimi Sumqayıt ümid şəhəri idi. Sumqayıt çoxları kimi mənim də tale şəhərim oldu. Xoşbəxtliyimi burada tapdım. Ancaq düzünü deyim ki, xoşbəxtliyimi burada tapsam da kəndimiz-Əmirxeyir üçün burnumun ucu göynəyir. Nə yazıq ki, ora əlim çatmır, səsim yetmir. Dostlarım rayona gedirəm deyəndə ürəyimdə özümün də izah edə bilmədiyim qəribə hisslər yaranır, kövrəlirəm. Sumqayıta gəldiyim ilk günü heç vaxt unutmaram. Elə bil dünən idi. Hər şey gözümün qabağındadır. .Şəhərdə həyat qaynayırdı. Zavodda işə başladığım ilk günü də yaxşı xatırlayıram. Vaxtın necə keçdiyindən xəbərimiz olmurdu. Hamı kimi yataqxanada qalırdım. Bir sözlə unudulmaz illər, unudulmaz günlər idi..
- Gəlin bir anlığa keçmişə 50 il qabağa qayıdaq. Onda Sumqayıt necə idi?
- Sumqayıt Bakıdan sonra Xəzər dənizi sahilində yerləşən ən böyük şəhərdir. 1949-cu il 22 noyabrda Respublika tabeliyi şəhər adını alıb. Bir zamanlar ona "Gənclik şəhəri", "Gənclərin şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını gənclər qoymuş, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı-Sənaye şəhəri, Sülh şəhəri, Kimyaçılar şəhəri, Metallurqlar şəhəri və s. Sumqayıt əsl qeyrət və əmək şəhəridir. Burada yaşamaqda gözəldir, yaratmaqda....
Sumqayıtın sənayesi, iqtisadiyyat və istehsalatı, mədəniyyəti, inşaat tarixi haqqında mütəxəssislər öz sözlərini demişlər, yəqin ki, bundan sonra da deyəcəklər.
Müharibədən sonra sürətlə tikilməkdə olan bu şəhərdə dustaq, əsir və məhkumların gücündən maksimum istifadə edilirdi. Alman əsirlərinin Sumqayıtda çox böyük zəhməti və əməyi olmasıdır. Onlardan sağ qalanların hamısı sonralar öz doğma vətənlərinə çıxıb getmişlər. Sumqayıt həm də əsl beynəlmiləl şəhər olmuşdur. Bura keçmiş Sovetlər İttifaqının hər yerindən gənc işçi qüvvələri gətirilmişdir.
Sumqayıtlı bərkə-boşa düşmüş, hər sınaqdan üzü ağ çıxmış, həyat mübarizəsində özünü təsdiq etmiş əsl zəhmət adamıdır.
- Sumqayıt sizin üçün nədir?
-Sumqayıt mənim üçün övladlarımın, nəvələrimin təvəllüd tapdığı ən doğma yerdir. Ona Azərbaycanın adı bir guşəsi kimi deyil, övladlarımın anası, beşiyi, bağçası, məktəbi, gələcəyi kimi bağlıyam. Sumqayıt mənim tale şəhərimdir. O mənim gözüm önündə qarış-qarış böyüyüb, gözəlləşib.
- Bu il 22 noyabrda Sumqayıtın 69 yaşı tamam olur...
-Şəhər kimi Azərbaycanın coğrafi xəritəsinə 1949-cu il noyabrın 22-də düşmüş Sumqayıt öz potensialına görə respublikamızın ikinci sənaye şəhəridir. Onun ölkə iqtisadiyyatında xüsusi rolu vardır. Sumqayıt iri sənaye müəssisələrinə, tikinti təşkilatlarına, güclü elm, layihə ocaqlarına xidmət və mühəndis kommunikasiyalarına, mürəkkəb infrastruktura malikdir. Sumqayıt idmançılar şəhəridir. Sumqayıt idmançıların qələbə səs-soraqları dünyanın hər yerindən gəlir.
İnkaredilməz faktdır ki, ulu öndər Heydər Əliyev Sumqayıta həmişə xüsusi diqqət və qayğı göstərib 1969-82-ci illər Sumqayıtın əsl yüksəliş dövrü olub. Şəhərdə yüzlərdə obyekt həmin illərin yadigarı, Heydər Əliyevin Sumqayıta diqqətinin nəticəsidir. Bu gün bu qayğı, bu diqqət Sumqayıta ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilir. Cənab İlham Əliyev hər dəfə Sumqayıta gələndə istismara verilən bir neçə obyektin açılışını edir, yeni obyektlərin təməlini qoyur.
Bütün bunların nəticəsidir ki, Sumqayıt inkişaf edərək çoxsahəli sənaye kompleksinə malik bir şəhərə çevrilib.
- Zahid müəllim, Sumqayıtın gələcəyini necə görürsünüz?
-Sumqayıt mənim gözüm qarşısında böyüyüb. "Ədalət" qəzetində sizin "Sumqayıt mənim gözümdə-Dünən, bu gün və sabah" adlı çox gözəl bir yazı getmişdi. Orada qeyd edirsiniz ki, 15 il öncə xalq cənab İlham Əliyevi Prezident seçəndə Azərbaycan uddu, 2015-ci ilin sentyabrında Zakir Fərəcov cənabları ölkə Prezidenti tərəfindən Sumqayıta İcra Hakimiyyətinin başçısı təyin ediləndə sumqayıtlılar uddu. Bu sözləri siz bütün sumqayıtlıların adından demisiniz və çox düz demisiniz. Zakir Fərəcovun mənim tərifimə ehtiyacı yoxdur. Ancaq həqiqəti demək lazımdır.
Sumqayıta çox rəhbərlər gəlib. Mən onlarım hamısı ilə işləmişəm. Əllərindən nə gəlib ediblər. Ancaq Zakir Fərəcovun 3 ilə gördüyü işlər adamı heyrətə gətirir. Fakt göz qabağındadır. Sumqayıt 2015-ci ilin sentyabrından öz simasını tamam dəyişib. Bir ay öncə Sumqayıtdan gedən adam, qayıdanda buranı tanımır. Şəhər gündən -günə dəyişir. Sumqayıt bulvarı bir tamaşadır. Bütün bu görülən işlər 3 ilə görülübsə, hələ qarşıda çox illər var... Danılmaz faktdır ki, bu gün Sumqayıt həm eninə, həm də uzununa sürətlə inkişaf edir. Artıq hündür mərtəbəli binalar bu inkişafın göstəricisi kimi gözlərimiz qarşısında ucalmaqdadır. Yollarımız abadlaşır, əhalinin mədəni səviyyəsi artır, İctimai əlaqələr genişlənir. Bu gün şəhərin nəqliyyat və rabitə sahəsində, habelə xidmətin digər sahələrində də böyük irəliləyiş, yeniliklər var. Bunu şəhər sakinləri ilə yanaşı, bura gələn qonaqlar da hiss edir.
Demək Sumqayıtın gələcəyi daha gözəl, daha möhtəşəm olacaq. Mən də Zakir Fərəcovun təqdimatı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşam. İnsanın əməyi vaxtında qiymətləndiriləndə dəyərli olur.
Mən Sumqayıtın parlaq gələcəyinə inanıram. İnanıram ki, Sumqayıt Respublikamızın, eləcə də Qafqazın ən inkişaf etmiş, gözəl şəhərlərindən biri olacaq. Sumqayıtın adı dünyanın müxtəlif bölgələrində həmişə iftixarla çəkiləcək. Biz böyük bir yolun başlanğıcındayıq.
Bu yol dirçəliş, inkişaf tərəqqi yoludur. Sumqayıtlılar öz doğma şəhərlərinin ad gününə, yubileyinə bu əhval -ruhiyyə ilə addımlayırlar.




Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK