adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Noyabr 2018 00:09
4425
GÜNDƏM
A- A+

BÜTÜNLƏŞƏN GÖZƏLLİYİN CAZİBƏSİ BİR BAŞQADIR...

(əvvəli ötən saylarımızda)

Şəhər 2 saylı məktəb-liseyin XI sinif şagirdi Gülnur Bayramlı qızıl medalla təltif olunmuş, həmçinin şəhər 1 nömrəli məktəbin 3 nəfər, şəhər 2 saylı məktəb-liseyin 3 nəfər IX sinif şagirdinə ümumi orta təhsil, şəhər 2 saylı məktəb liseyin 3 nəfər, şəhər 5 nömrəli məktəbin 1 nəfər və Tasmalı kənd tam orta məktəbin 1 nəfər XI sinif şagirdinə tam orta təhsil haqqında fərqlənmə attestatı verilmişdir.
Hesabat dövründə rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 403 nəfər məzundan 282 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 187 nəfər tələbə adını qazanmışdır. Onlardan 22 nəfəri 600-dən çox, 54 nəfəri isə 500-700 arası bal toplamışdır.
Rayon üzrə 53 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Cari ilin doqquz ayı ərzində rayon Mərkəzi Xəstəxanasının 109 nəfər həkimi və 396 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Hesabat dövründə ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq rayonda əhalinin tibbi müayinədən keçirilməsi həyata keçirilmişdir. Belə ki, rayon əhalisinin 18 yaşdan yuxarı 43158 nəfərindən 40916 nəfəri tibbi müayinədən keçmiş, onlardan 4048 nəfəri ambulator, 121 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 10 nəfəri isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Cari ilin doqquz ayı ərzində 159 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 95 min manatlıq pulsuz dərman preparatları verilmişdir.
Cari ilin sentyabr ayında Yaponiya hökumətinin həyata keçirdiyi "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində Azərbaycanda ilk dəfə olaraq rayonun Cəlayir kəndindəki tibb məntəqəsinə təcili tibbi yardım maşını təqdim olunmuşdur.
Rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində cari ilin doqquz ayı ərzində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, respublika səviyyəli seminar-treninqlər və maarifləndirici tədbirlər, yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədi ilə nikah mərasimləri keçirilmişdir.
Rayon Tarix Diyarşünaslıq muzeyində hesabat dövründə 12 stasionar, 3 səyyar sərgi keçirilmiş, 6 muzey əhəmiyyətli əşya muzeyin əsas fond kitabına qeydiyyata götürülmüş, 20 ədəd muzey əşyası təlimata uyğun olaraq inventarizasiyadan keçirilmiş, muzeum.com.az saytında muzeyin 250 əşyası haqqında dolğun məlumatlar portala daxil edilmişdir.
Rayon Gənclər və İdman İdarəsi hesabat dövründə iş planına uyğun olaraq aidiyyəti qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində cari ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 95.7 faiz yerinə yetirilmişdir.
Proqnoz büdcə sektoru üzrə 91.4 faiz, qeyri-büdcə sektoru üzrə isə 96.4 faiz yerinə yetirilmişdir.
Hesabat dövründə "Sosial müavinətlər haqqında" qanuna uyğun olaraq şöbə üzrə 22 nəfərə yaşa görə, 12 nəfərə əlilliyə görə, 7 ailəyə ailə başçısını itirməyinə görə və 6 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağa aylıq müavinət təyin olunmuşdur. Müddət ərzində uşağın doğulmasına görə 313 ailə üzrə 349 nəfərə, penitensiar xidmətdən azad olunan 22 nəfərə və dəfn üçün 24 nəfərə birdəfəlik müavinət verilmişdir. Həmçinin hesabat dövründə yaşa görə 84 nəfərə, əlilliyə görə 37 nəfərə və ailə başçısını itirməyinə görə 19 nəfərə əmək pensiyası təyin olunmuşdur.
Hesabat dövründə Qax Rayon Məşğulluq Mərkəzində 560 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata götürülənlərin 64 nəfəri ali, 78 nəfəri orta-ixtisas, 99 nəfəri ilk peşə-ixtisas, 317 nəfəri tam orta məktəb məzunları, 2 nəfəri isə orta təhsili olan şəxs olmuşdur.
Ölkə başçısının tapşırığına uyğun olaraq qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi məqsədilə müddət ərzində şəhərdə təmizlik və abadlıq işlərinin görülməsi üçün 190, çoxmənzilli binaların təmir olunması üçün isə 30 iş yeri yaradılmış və həmin iş yerləri işçi qüvvəsi ilə təmin olunmuşdur. Mərkəz tərəfindən cari ildə ümumilikdə 266 nəfər işlə təmin olunmuş, onlardan 68 nəfəri gənc, 85 nəfəri isə qadın olmuşdur.
Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş Əmək yarmarkasına idarə, müəssisə və təşkilatlar tərəfindən 224 vakant iş yeri təqdim olunmuş, 50 iş yerinə göndəriş verilmişdir. Peşə hazırlığı kurslarının təşkili məqsədi ilə mərkəzdə işaxtaran kimi qeydiyyata alınmış 17 nəfər qadın Qax Peşə Liseyinin nəzdində "Dərzi" peşə hazırlığı kursuna cəlb olunmuş, kurs başa çatdıqdan sonra müdavimlərin "Özünüməşğulluğun təmin edilməsi proqramı"na cəlb olunması nəzərdə tutulmuşdur.
18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən hesabat dövründə dövlət müəssisələrində və sahibkarlıq subyektlərində müxtəlif mövzularda 7 seminar-müşavirə təşkil olunmuşdur. Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsində yaranan çətinliklərlə bağlı işəgötürənlər tərəfindən daxil olmuş müraciətlər müfəttişlik tərəfindən nəzarətdə saxlanılaraq 41 işəgötürənə metodiki köməklik göstərilmiş və bildirişlərin elektron informasiya sisteminə daxil edilməsi prosesində yol verilmiş nöqsanların aradan qaldırılması təmin olunmuşdur.
Qax Telekommunikasiya Qovşağı tərəfindən cari ilin doqquz ayı ərzində rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 6 ədəd yeni internet avadanlığı quraşdırımışdır. Rayon üzrə internet abunəçilərinin sayı 6138 nəfərə çatmışdır. Baydarlı kəndində 750 metr, Ağçay kəndində isə 150 metr uzunluğunda kabel xətti yenisi ilə əvəz olunmuşdur. Əlibəyli kəndində 430, Qaşqaçay kəndində 1500, İlisu kəndində 1350, Ağçay kəndində 730 və şəhər ərazisində 150 metr uzunluğunda yeni kabel xətti çəkilmişdir. Qaxbaş, Turaclı, Tasmalı, Ləkit, İngiloy-Kötüklü, Lələli, Cəlayir və Əmbərçay kəndlərində rabitə xətlərində cari təmir işləri aparılmış və xətlər texniki normaya gətirilmişdir.
Ümumilikdə 38 ədəd ağac dirək yenisi ilə əvəzlənmiş, 79 ədəd ağac dirəyə beton calaq verilmişdir.
Hesabat dövründə 132 ədəd telefon çəkilişi aparılmış, ümümilikdə qovşağın montaj tutumu 11734 nömrə təşkil etmişdir.
Cari ilin doqquz ayı ərzində Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 223 sayğac küçə xəttinə çıxarılmış, 157 sayğac yenisi ilə əvəzlənmiş və 3 ədəd smartkart tipli sayğac quraşdırılmışdır. Müddət ərzində 74 mənzilə qaz çəkilişi aparılmış, əhali abonentlərinin sayı 9853-ə çatdırılmışdır. Şəhərin R.Behbudov və H.Əfəndiyev küçələrində ümumilikdə 1075 pm, Qaxbaş kəndində isə 344 pm uzunluğunda yeni qaz xətti quraşdırılmışdır.
Qaz təminatını yaxşılaşdırmaq məqsədilə şəhər ərazisində və Qaxbaş kəndində 15 ədəd qaz tənzimləyici quraşdırılmış, Əlibəyli kəndində isə 1 ədəd siyirtmə quraşdırılmışdır. Hesabat dövründə Meşəbaş kəndinə təbii qazın çəkilişi başa çatdırılmışdır.
Qeyd: Bu yazı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qax rayonuna səfərindən əvvəl hazırlanmışdır.
Məzahir ƏHMƏDZADƏ