adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Noyabr 2018 00:07
42421
LAYİHƏ
A- A+

"Sarıbaş və Sarıbaşlılar" ətrafında düşüncələr

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

5. "1931-ci ilin sonundan kolxoz formalaşdı. ...kolxozun yaranmasını Muzdur Hacı Əfəndi elan etmişdi... kolxozda 12 nəfər üzv var idi. 1 №- li kolxoz kitabçası Hafizov Əbdüsəmədə verildi... İlk kolxozun adını "Ağbulaq" qoydular". (Bax.səh.136.)."kolxozun ilk yığıncağında Heydər Heydərov sədr seçildi. Keçmiş yüzbaşının bürünc ... möhrünün üstündəki yazıları kəndin zərgəri Novruz kişi silib "Sarıbaş", "Ağbulaq" sözlərini yazdı. ... Onu kağızlara his ilə vurdular... Çələbiyev Əmir Süleyman oğlu (1908-1924 ?) ilk kolxozun ilk təsərrüfat briqadiri oldu" (Bax.səh.373.), 1933-cü ildə kolxozun adını dəyişib Azərbaycan komsomolunun yaradıcısı Hüseyin Rəhmanovun adına qoydular. 1938-ci ildə H.Rəhmanovun xalq düşməni çıxması ilə əlaqədar olaraq kolxozun adını dəyişib,.. "Sarıbaş 26 Bakı komissarı kolxozu" qoydular. Kolxoz dağılsa da, bu ad qaldı." [(Bax.səh.137.). Mən də bunu əlavə edim ki, Azərbaycan müstəqil olan kimi ad qoyanlar və ad qoymaqda pərgar olanlar "26-lar"-ın da xalqımızın düşməni olduqlarını etiraf etmək məcburiyyətində qaldılar.-V.As.]
6. "1938-1939-cu illərdə Sarıbaşın indı köhnə məktəb adlanan məktəbi tikilirdi. Bu o zaman üçün müasir bir məktəb idi. (Bax.səh.125, 142.)
Təzə məktəbin ilk direktoru Əfəndi Rzayev idi".
(Bax.səh.125.) Məktəbin çox ağır olan boy tirini usta Qasım ilə müəllim Seyfəddin Əhmədov qaldırmışdılar." (Bax.səh.142.)
7. "Yelisuyski Həşim Əfəndi Hacı oğlu (1895-1986) Sarıbaşın sovet dönəmində yetışən ilk ziyalı-alimi" (Bax.səh.391.), "Rəsulzadə Əbdülqaffar Rəsul oğlu (1901-1935) kəndin ilk hüquqşünası" (Bax.səh.423.), Tahirzadə Abbas Məhəmməd Tahir oğlu (1908-1986) ilk ali təhsilli adamı" (Bax.səh.372.), "Xəlilova Ayşə Xəlil qızı(1933) Sarıbaşın ilk ali təhsilli qadını" (Bax.səh.406.), "Nəzirova Müslimət Xəlil qızı isə (1931) Sarıbaşın ilk ali-pedaqoji təhsilli qadını" (Bax.səh.408.), "Sofiyeva Aynur Məmmədiyə qızı (1970)1986-cı ildən qızlar arasında SSRİ çempionu, 1991-ci ildən Beynəlxalq Qrossmeystr" adını qazanmış ilk Sarıbaşlı və ilk Azərbaycanlı qadın (Bax.səh.376.) , "Nəcəfov Niyazi Məhəmməd oğlu (1928) ilk həkim" (Bax. səh. 417.), "Hafizov Rəsul Mütəllif oğlu (1904-1980) M.C.Bağırovla şəxsən görüşən, 1931-ci ildə aprel üsyanı zamanı "Çekist" dəstələrinin qarşısına gedib onları qarşılayan ilk Sarıbaşlı (Bax. səh.423.), Həmzəyev Süleyman Məhəmməd oğlu (1917-1975) 1966-cı ildən, Mirzəyev Həsən Mirzəli oğlu (1926-2006) isə 1971-ci ildən kəndin Sosialist Əməyi Qəhrəmanları" (Bax.səh.375.), "Məmmədov Bəxtiyar Hacı Mahmud oğlu (1930-2013) kəndin 1965-1970-ci illərdə Az.SSR Ali Sovetində ilk deputatı" (Bax.səh.416.) , "Əliyev Abdukərim Rəsul oğlu(1947) Sarıbaş çırağının daim yanması yanması üçün əlindən gələni əsirgəməyən adam (Bax.səh.379-380.), "Əliyev Bəşir Rəsul oğlu (1956) Azərbaycanda ilk özəl bankın yaradıcısı" (Bax.səh.443.), Rəsul Abdukərim oğlu Əliyev "Karel Elektronik" şirkətinin Azərbaycan filialının Baş direktoru (Bax.səh.483.) olub Sarıbaşı şərəfləndirməkdədirlər və s. və i.a. 1931-ci ildən Şəkiyə köçüb, 10 saylı orta məktəbin direkoru vəzifəsinə qədər yüksələn Əbdülməcid Hacıxəlil oğlu Xəlilov [(1898-1945) (Bax.səh.402.)] da, Şəki ikiillik Müəllimlər İnstitutunun məzunlarından biri olan Vəliyullah Bədrəddin oğlu Xəlilov[(1932-2010) (Bax.səh.405.)] da, 1951-ci ildə Şəki Pedaqoji Məktəbini bitirən Ayşə Xəlil qızı Xəlilova [(1933) (Bax.səh.405.)] da Sarıbaşı təmsil etmişlər. Bu günə qədərki vəziyyətində xalqımıza 23 alim, 62 müəllim, 13 həkim, 14 polis və hüquq-mühafizə işçisi, 4 deputat, 20 hərbçi, 30 mühəndis, mexanizator və digər tanınmış adamlar bəxş edən Sarıbaş kəndi Qarabağ uğrunda döyüşlərdə 13 şəhid vermişdir. İlkin, bakirə və müasirliklə qaynaq edilmiş yaddaş elə budur. Öz kəndi haqqında prof.R.Tahirzadə səviyyəsində danışa bilmək üçün ağlı, biliyi, maddi və mənəvi imkanları ilə yurda xidmət etmək lazımdır.

***
Kitabı oxuduqca Sarıbaş əsilli adamların dağda və aranda yerləşməklə iki yaşayış məntəqəsində məskunlaşmasının şahidi oluruq: bunlardan birincisi Sarıbaş, ikincisi Calayerdir. (Sarıbaşa calanan dağın adı Calayer dağı olduğu kimi ona əkərət (hekarat) yeri kimi calanmış aran yerinin də adı çox təbii olaraq Calayer adlanmalı idi.-V.As.) Müəllif haqlı olaraq "Cəlairlərin bu bölgəyə yürüşləri haqqında əsaslı bir mənbə yoxdur. ... Sarıbaş ...isə skiflər, hunlar... dövründən mövcud olan bir kənddir" deməklə (Bax. səh.25.) onu cəlair tayfalarının adı ilə bağlamaq istəyənlərə etirazını (yenə bax. səh.25.) bildirir. [Şeyx Üveys zamanında-1359-1374-ü illərdə... Arran, Muğan və Şirvan vilayətlərini də Təbrizə qatmağa nail olan Cəlairilər dövləti , (Əbu Bəkr Əl-Qütbi Əl-Əhəri. Tarix-e Şeyx Üveys. Abu Bakr al-Kutbi al-Axari. Tarix-i Şeyx Üveys. Bakı, "Elm", 1984. Səh.7.str.81. A.A.Ali-zade. Soüialğno-gkonomiçeskaə i politiçeskaə istoriə Azerbaydjana XIII-XIVvv.Baku, 1956, s.378.) birbaşa onu yaradan tayfanın adı ilə bağlı olsa da, Calayerin (əslində "Sarıbaşa calanmış yer"in) tayfa adı ilə heç bir bağlılığı yoxdur. Dağ ətəyində yerləşən əsas yaşayış məntəqələrinə aid olan arandakı əkin-biçin yerlərinin 20-30 km. aralıda olması taleyini bizim Şəkinin bir çox kəndləri, o cümlədən Kiş kəndi də yaşamışdır. "Qış-əkinçi, yaz-dilənçi" ifadəsinin tez-tez işləndiyi Kiş kəndinin Şəki şəhərinə yaxınlığı onun tərk edilmiş məskun zonaya çevrilməsinə mane olmuş, əsas yaşayış məskəni kimi qalmasına və inkişafına təkan vermişdir. Əhalisinin çox qismi Şəkinin sənaye obyektlərində, az bir qismi isə Baltalıda, Əyri çay sahillərində və Daşüzdə əkinçilik etmişdir. Sovet dönəmində kəndlinin torpağa məcburi təhkim edilməsi siyasəti gücləndikcə rüşvət, adam tapmaq və s. yollarla pasport əldə edənlər yaşamaq üçün ayrı bir yol bilmədiklərindən Rusiya bazarlarına üz tutmuşlar. Əlbəttə ki, bu proses kəndin ideologiyasına pozucu təsir göstərmişdir. Bir yandan da əllərində kolxoz arayışları olan özbək, türkmən, tatar kəndliləri Rusiya bazarlarında sərbəst alver etdikləri halda, Azərbaycan kəndlisi isə kolxozdan və kənd sovetindən arayışı olmadığı üçün hər dəfə tuthatut (oblava) olduqda gizlənə-gizlən. yaşına-yaşına yaşamağa məcbur olmuşdur. Bu isə Azərbaycan kəndlisinin dövlətə qarşı olan inamını heçə endirmişdir.-V.As. ]
Hələ "1873-cü il siyahıya alınmasında Calayerdə 43 ailə, 186 adam" olduğunu (Bax.səh.25.) nəzərə alsaq, Sarıbaşdan Calayerə olan köçü məlum tarixdən də əvvəlki tarixlərə aid etməliyik. Calayerin rəsmi şəkildə Sarıbaşa calanması isə "1877-ci ildə Qafqaz əhalisinin zorla xristianlaşdırılmasına etiraz kimi "Şahov üsyanı"na qoşulan, 10 il Sibirdə sürgündə olandan sonra" qayıdıb Ağyezli (Ağyazı-V.As.) və Şirak çöllərinin - rəsmi sənədlərdəki 143N-li torpaqların dövlətin qərarı ilə Sarıbaşlıların istifadəsinə verilməsi üçün 32 il mübarizə aparan və nəhayət, 1819-cu ildə buna nail olan Hacı Abdurahmanın adı ilə bağlıdır.
"Ağyezlidə ilk xışı torpağa sancan, 1920-ci illərin ortalarına kimi buralarda təkbaşına çalışan, yeznəsi Qasım kişi və 12 yaşlı nəvəsi Kərim tərəfindən boz bir təpə üzərində dəfn edilən, hal-hazırda qəbrinin yeri də itmiş olan" (Bax.səh.95-99.) Hacı Abdurahmanın torpaq sevgisi qarşısında baş əyməmək mümkün deyildir. Axı, Hacı Abdurahman bütün bunları Sarıbaşı Ağyezli və Şirak çöllərinə köçürtmək niyyətilə deyil, Sarıbaşın qışı qışlaqda, yayı yaylaqda keçirə bilməsi, qoyunçuluqla yanaşı əkinçiliklə də məşğul olub, firəvan yaşaması üçün etmişdi. Hacı Abdurahmanın Sarıbaşla bağlı əldə etdiyi sənədlərin müəllif tərəfindən kitabda çap etdirilməsi isə tarixi əhəmiyyət daşıyır.

***
Havası, torpağı və suyu kimi saf şəxsiyyətlər yetişdirən Sarıbaşın Sovet dönəmindəki taleyi də çox ziddyyətli və acınacaqlı olmuşdur. 1905-1910- cu illərin çiçək, 1915-1920-ci illərin cüzam və yatalaq (Bax.səh.114.) xəstəliklərindən keçib gələn,11 müsavatçısı, 3 hümmətçisi olub, 1917-1919-ci illərdə müsavat ordusuna ilk çağırışdan 20 əsgər verən (Bax.səh.116.) Sarıbaş kəndi Sovet Rusiyasının bolşevik oyunları qarşısında heyrət və çaşqınlıq keçirməyə bilməzdi. Müəllif bu prosesi dərin bir profesyonallıqla açıqlamış, 1920-1930 - cu illərdə tətbiq edilən "yeni geyimlər, yeni idman oyunları, yeni musiqi alətləri, yeni nişanlar, yeni nəğmələr, yeni etnoqrafik dəyişikliklər" (Bax.səh.122.), hətta, "inqilabi bayramlarda iri armud ağaclarının kəsilməsi" (Bax.səh.123.) (qocaman ağacların da köhnəliyin qalığı hesab edilməsi-V.As.) fonunda insan inamının və iradəsinin sındırılması faciəsini ağrılı yaşantıları ilə təsvir etmişdir. 1936-cı ildə Stalin Konstitusiyasına görə "səsdən məhrum edilmə", "namaz qılmaq, azan vermək qadağası", "məscidlərin kolxoz anbarına çevrilməsi", "ərəb-fars əlifbası ilə yazılan kitabların yandırılması, yaxud qəbristanlıqda torpaqlara basdırılması", "papağın, başmağın, arxalığın, əbanın və saqqalın repressiyası", "Stalin kimi bığ qoymaq və qəlyan çəkmək kompaniyası", "kəndlinin kolxoz təhkimlisinə çevrilməsi" (Bax.səh.140.), 1938-ci ildə "Moskvada Azərbaycan İncəsənəti Ongünlüyü"ndə Stalinə, partiyaya, papaninçilərə, kolxoza həsr edilən şit-şit mahnıların oxunması (Bax.səh.124.), 1938-1939- cu illərdə hər bir kənddə, o cümlədən Sarıbaşda "əsgəryaşlı adamlara hərbi təlimlər keçmək" paradoksallığını yaşayanların dünyagörüşlərindəki çatların dərinliyinə fikir verin! 1941-1945 - ci illər Sarıbaş üçün hərbi vəziyyət illəri olmuşdu.

(ardı gələn sayımızda)
Vaqif Aslan
AYB Şəki bölməsinin sədri
Azərbaycan Müəllimlər
İnstitutu Şəki filialının
baş müəllimi.