adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Noyabr 2018 14:16
4531
GÜNDƏM
A- A+

Azərbaycanda böyük vergi islahatlarına başlanılır

"Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedilir. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin gəlirindən faktiki olaraq imtina edilir”

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

"Biz istəyirik ki, iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlara stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə də toxunmuşuq. Əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi, ancaq indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək” -, deyə nazir vurğulayıb.