adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Noyabr 2018 14:12
15687
MARAQLI
A- A+

2050-yə kimi Marsda 50 min adam işləyəcək... - MÜSAHİBƏ

Stefen Petranek karyerasının 30 ilini elmi-texniki dərgilərə və tanınmış qəzetlərə yazılar yazmağa həsr edib. Saysız-hesabsız mükafatlar qazanıb. Oğlum Uzay üçün də imzaladığı "Marsda necə yaşayacağıq?! adlı kitabından danışdığı bir video milyonlarla insanın diqqətini çəkib. Bizi bir yerə gətirənsə FOX international kanallarından National Geographic-də noyabr ayında başlayacaq olan "Mars” serialı.

Geriyə yol yoxdur

- Kosmosa getmək neçəyə başa gəlir?

Elon Muskın "SpaceX” şirkəti indi Marsa gedə biləcək ilk raketi inşa edir. Bu səyahətin tək adamlıq xərci 25-40 min dolar arasıdır. Ruslar 2030-dan əvvəl, Çinlilər 2040-a qədər Marsa gedəcək. Hindistan höküməti isə 4 il içində Marsa bir robot göndərəcək. Kosmos yarış meydançasına dönüb. Çünki bu iş çox pul qazandıracaq və bu işi ilk görən qazanacaq. Amma bu səyahət bəziləri üçün havayı olacaq.

- Necə yəni?

Şirkətlər deyəcək ki, "Bizim üçün Marsda işləyərsənmi?”. Çox yaxın bir vaxtda bir qrup insanın iş yeri Mars olacaq. 2050-ə qədər Marsda 50 min adamın olacağını təxmin edirəm.

- Mən hələ ayaq basılacağını düşünməyə çətinlik çəkirəm. Sizsə deyirsiniz ki, yaşayacaqlar...

Başqa çarən yoxdur ki.... Marsa getdinsə yaşamaq məcburiyyətindəsən. Tək yolu olan bir biletdir bu, geriyə qayıtmaq çox bahalıdır. Dünyadakı həyatını buraxıb getməyə razı olacaqsan.

Dünya yox olacaq.

- Yaxşı, bəs, bir insan niyə Marsa getmək istəsin ki?

Çünki dünya yox olacaq. BMT iqlim dəyişikliyi heyəti qlobal istiləşməylə bağlı çox sarsıdıcı bir açıqlama verib. Əgər dünyanın yüzdə 75 faizini istifadə etməyə davam etsək, 2040-a qədər başımıza böyük bəlalar gələcək. İnsan ən az 30 ildir başına gələcək şeylərin fərqindədir, amma bunu dəyişdirmək üçün heç bir şey eləmir, sadəcə həqiqətləri inkar edir. Tək problem bu deyil.

- Başqa nə var?

Günəşimiz ömrünün yarısını başa vurub. Bir milyard il sonra işığı bütünlüklə radiasiya yayacaq, dünya buxarlanacaq. 65 milyon il əvvəl bir meteroit dünyaya çırpıldı və həyatın üçdə ikisini yox etdi. Dinozavrların nəsli kəsildi. Bəlkə bir vulkan da püskürə bilir. Bunların hamısı mümkündür, hər an baş verə bilər.

- Bir sizin kimi "böyük düşünənlər” var, bir də mənim kimi "ən sadə variant”ı. Həyatın bəsit həqiqətlərinə...

Məncə Marsda quracağımız yeni həyat belə olacaq, ən sadəsi, ən bəsiti. Kiçik şeylərdən xoşbəxt olduğumuz, günbəgün irəlilədiyimiz bir həyat. Dünyada ən böyük sürətlə yayılan epidemiya bilirsiniz nədir?

-Yox, nədir ki?

Depressiya... Bütün dünyada hər beş adamdan biri depresiyadadır. Bunun səbəbi modern həyat tərzinin çox məcburi və qarışıq olmasıdır. Kənddən şəhərə keçincə işlər çox çətinləşdi. Marsda isə belə çətinliklər olmayacaq. Çox sadə bir həyat tərzimiz olacaq. Hamı bir-birinə ayaq uydurmağa məcburdur, əksinə olarsa hamı ölər.

İnsanlığa ən böyük təhdid insanlardır.

-Marsdakı şərtlər insanlara bəs edəcək qədər deyil. Elə deyilmi?

Marsda şərtlər çox, çox pisdir. Amma bütün bunlar uyğun bir hala gətirilə bilər. Elmi və texniki cəhətdən bu mümkündür. Təki lazım olan büdcə əldə olunsun. Marsın şimal və cənub qütblərinə iki nəhəng ayna yerləşdirərək planetdə var olan sərhədsiz karbondioksit qaynaqlarının sadəcə kiçik bir hissəsi əritmək olar. Beləcə planetin temperaturu artar. Xüsüsən də Marsda istəmədiyini qədərə karbondioksit var, ağaclar dəlicəsinə böyüyür, bol qida qaynaqları yarada bilərsiniz.

- Dünyada etdiyimiz qorxunc şeylər Marsda da edəcəyikmi?

Ümid edirəm ki, etmərik.Mars onsuz da kosmosda buz kimi və qaranlıq bir qaya, insanoğlu oranı ancaq "daha yaxşı” bir hala gətirə bilər. Unutma! Dünyanın 4,6 milyard yaşı var. İnsansa sadəcə 2 milyar yaşında.

- Bu dünya neçə nəfərlikdir?

500 milyon adam üçün yaradılmış planetdir bu. 1 milyard insan belə çoxdur bu dünya üçün. Və bu gün 8 milyar insan var. İnsanlığa ən böyük təhdid elə budur – insanlar!

- İllərdir elmi yazılar yazırsınız, çoxlu da mükafatınız var. Marsdan sonra sizi ən çox həyəcanlandıran məsələ hansıdır?

Tibb. Bio-texnoloji şirkətlərin apardığı gen və hüceyrə araşdırmaları insanın həyatını dramatik həddə çatdıracaq, dəyişəcək. Gəldiyimiz nöqtədə 2000 dollara bütün genetikanızı biləcəksiniz. Gen xəritənizi bir çipə yükləyə biləcəksiniz və bunun nəticəsində siz hər gün nə yeyə biləcəyinizi biləcəksiniz.

Talasemiya kimi "xərçəngin növləri”nin müalicəsi tapılıb. 10 il içində də xərçəngin bir xeyli növünün müalicəsi mümkün olacaq.

- Xərçəng daha əvvəl müalicə edilə bilərdimi?

Xeyir. Xərçəng çox fərqlidir. Əvvəlki il sadəcə üç növ döş xərçəngi var idi. Bugün sayı 300. Fərdiləşdirilmiş müalicə xərçən üçün ən doğrusudur. Və bu da asan deyil....



Dilimizə çevirən Eminquey