adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Noyabr 2018 13:48
13202
KRİMİNAL
A- A+

Həftəsonu 237 cinayət törədilib - 53 nəfər tutulub

Ötən həftənin sonu respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 237 cinayət faktı qeydə alınıb, onların da 40-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.