Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Bərdədə şirkətdən oğurluq edərək polisi aldadan şəxs saxlanılıb Adalet.az | Bərdədə şirkətdən oğurluq edərək polisi aldadan şəxs saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bərdədə şirkətdən oğurluq edərək polisi aldadan şəxs saxlanılıb

5406    |   2018-11-05 12:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bərdədə polisə yalan məlumat verilən şəxs saxlanılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Bərdə rayonu ərazisindəki şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndi ərazisində idarə etdiyi "Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb.

Belə ki, onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyən edilib.

M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.




İmza:
SON XƏBƏRLƏR
2019-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80%)
"Neftçi" (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yeni istifadəyə verilmiş ət kombinatının direktoru, mühafizə rəisinə tapşırıq verir:
- Anbarın mühafizəsini gücləndirin, çöldən gəlib kolbasaları oğurlamasınlar.
- Artıq gücləndirmişik. Amma çıxış qapısında mühafizəçi yoxdur, orada da qoymaq lazımdır.
- Lazım deyil. Fəhlələr bilirlər ki, biz kolbasanı nədən düzəldirik, onlar oğurluq edən deyillər.




digər lətifələr
ARXİV
FACEBOOK