adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 Noyabr 2018 11:48
10632
DÜNYA
A- A+

“İran ABŞ-ın sanksiyalarını pozacaq” - Ruhani

"Tehran öz neftini sataraq ABŞ-ın İranın enerji və bank kimi vacib sektorlarına tətbiq etdiyi sanksiyaları pozacaq"

Adalet.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani iqtisadçılarla keçirdiyi görüşdə deyib.

"Amerika İranın neft satışını sıfıra endirmək istəyirdi. Amma biz öz neftimizi satmağa və sanksiyaları pozmağa davam edəcəyik”, – deyə Ruhani bəyan edib.

Qeyd edək ki, bu gündən etibarən ABŞ-ın İrana qarşı enerji, maliyyə- bank və gəmi daşımaları sektorlarına qarşı sanksiyaları qüvəyə minib.(azvision.az)