adalet.az header logo
  • Bakı 7°C
04 Noyabr 2018 18:28
10835
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: XOŞBƏXTLİK TƏSƏLLİSİ...






















Bir şirin xəyalın işığı altda
Çəkilib durmuşam otaq küncündə...
Bir sənsən - üzümə gülüb həyatda -
Adımı göyərdən dodaq küncündə...

Özümə təsəlli bilib bu anı -
Ürəyin əlindən tutub dururam...
Səni qayğılardan qorumaq üçün -
Çevrəndə canımdan qala qururam!..

Bu da bir xoşbəxtlik ...
Bu da bir yazı ...
Çevrəndə qalayam! - yaxınam sənə ...
Məçnundan xoşbəxtəm mən bunda azı -
Gözlərim tutunca baxıram sənə!..