adalet.az header logo
  • Bakı 7°C
05 Noyabr 2018 10:18
11461
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SƏN OLMUSAN , SƏN...




























Dəliyə yel ver , əlinə bel ver..

Atalar sözü



Yoxdu bu dünyanın özgə dəlisi...
Əməldə , həm də ki , sözdə dəlisi!..
Ürəkdə dəlisi , gözdə dəlisi -
Onun yel verəni sən olmusan , sən...

Cücərdib ruhunda Məcnunluq tumu
Xırmana bənzədib sovrulan qumu...
Göstərib sadəcə torpağı , şumu -
Onun bel verəni sən olmusan , sən...

Süsləyib gözündə , kirpikdə gilə
Şirin bir söz ilə tutaraq dilə
Yandırsan gələcəm ! - deyərək ələ -
Onun tel verəni sən olmusan , sən!..

... Bu dəli elinə dönüb sığmırsa...
Bu dəli gözünü gözdən yığmırsa ...
Kimsə bu dəliyə sahib çıxmırsa -
Onun el verəni Sən olmusan , SƏN!..