adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Noyabr 2018 10:08
14565
KRİMİNAL
A- A+

Dəmir barmaqlıqları kəsib mənzili soydular - Külli miqdarda pul və qızıl oğurlandı

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.