adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Noyabr 2018 09:56
10485
DÜNYA
A- A+

ABŞ-ın İrana qarşı sanksiyası qüvvəyə mindi - Ağ Evdən açıqlama

Yeni sanksiyalar əsasən İranın energetika sənayesinə qarşı yönəlib

Xəbər verildiyi kimi dünən ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo çıxış edərək bildirib ki, İran neftinin ixracını əhatə edəcək sanksiyalar noyabrın 5-dən qüvvəyə minəcək. Məqsəd İran neftinin ixracını sıfıra endirməkdir. Pompeo alıcıları ondan imtina etməyə çağırıb.

Adalet.az Ukrayna mediasına istinadən xəbər verir ki, artıq bu gündən həmin sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar əsasən İranın energetika sənayesinə qarşı yönəlib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib ki, Ağ Ev çalışacaq ki, İranın neftdən gələn gəlirləri minimuma endirilsin: "2016-cı il yanvar ayının 16-dan dayandırılan sanksiyalar yenidən öz qüvvəsi ilə çalışmağa başlayacaq".