adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Noyabr 2018 16:07
7898
HADİSƏ
A- A+

Sumqayıtda 7 yaşlı qız 5-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıt şəhərində 7 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 5-ci mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.