Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə ana dilində nöqsanlar var”
Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.
Belə ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.
Nazir ciddi tənqidlərə tuş gəlib. Həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi deputatlar Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.
Vahid Əhmədov Elmar Məmmədyarova qarşı səsləndilən fikirlərlə razı olmadığını qeyd edib.
V.Əhmədov Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovun açıqlaması ilə tanış olduğunu bildirib.
"Məhərrəm müəllim çox haqlı olaraq qeyd edib ki, Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki! Mən onun bu fikirləri ilə razıyam”.