adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Noyabr 2018 12:20
5187
GÜNDƏM
A- A+

Əməliyyat keçirildi, axtarışda olan şəxslər saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı